Şeyx Zəkzəki uzun fasilədən sonra yaxınları ilə görüşdü
Mьəllif: Admin
Tarix: 13-09-2021, 22:01
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəki uzun fasilədən sonra yaxınları ilə görüşdü
Şeyx İbrahim Zəkzəki həbsdən çıxandan sonra ikinci dəfə Abucada qohumları ilə görüşüb.

Nigeriya İslam Hərəkatı rəhbərinin ofisi Tvitter səhifəsində Şeyx İbrahim Zəkzəkinin bəzi qohumlarının onunla Abucada görüşdüyünü açıqlayıb.

Nigeriya İslam Hərəkatının dini rəhbərinin ofisindən verilən məlumata görə, bu, Şeyx Zəkzəki və həyat yoldaşı həbsdən çıxdıqdan sonra baş tutan ikinci görüşdür.

İyulun 28-də Nigeriya məhkəməsi Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşını bütün ittihamlardan bəraət verərək azad etmişdi.
(eastnews.org)

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930