Ayətullah Xamenei: "İran Ordusu şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır"
Mьəllif: Admin
Tarix: 11-09-2021, 23:13
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "İran Ordusu şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır"
İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei Atlantik okeanında missiyasını uğurla başa vurduqdan sonra ölkəyə qayıdan İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin 75-ci donanması ilə bağlı mesaj yayımlayıb.

Ayətullah Xameneinin İran Ordusunun Ali Baş Komandanı general-mayor Seyid Əbdürrəhim Musəviyə göndərdiyi mesajda aşağıdakı ifadələr yer alıb:

"İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələrinin 75 -ci dəniz eskadriyasını ölkənin dənizçilik tarixində ilk dəfə olaraq reallaşdırdığı Atlantik okeanındakı kritik missiyasından güclü və şərəfli qayıdışı münasibətilə təbrik edirəm.

Allaha şükür olsun ki, İran İslam Respublikası Ordusu yorulmaz, bəsirətli və çalışqan heyəti ilə meydanda şanlı İslam İnqilabının ali məqsədləri uğrunda mübarizəyə hazırdır. Ordudakı bacarıqları qoruyun və təkmilləşdirin.

Zəhmət olmasa salamlarımı və təşəkkürlərimi İran Ordusu Hərbi Dəniz Qüvvələrinin 75-ci dəniz eskadriya komandirinə və heyətinə çatdırın".
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930