İbrahim Rəisi ilə İmran Xan arasında telefon danışığı oldu
Mьəllif: Admin
Tarix: 5-07-2021, 16:36
Bцlmə: Xəbərlər
İbrahim Rəisi ilə İmran Xan arasında telefon danışığı oldu
İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi dünən axşam Pakistanın Baş naziri İmran Xan ilə telefonda danışıb.

Rəisi İran və Pakistan arasındakı əlaqələrin iki ölkənin imkanları ilə yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı bir mühit yaratdığını söyləyib.

Dost və qonşu ölkə Pakistanın uğurunu İranın uğuru kimi gördüyünü söyləyən Rəisi bölgə ölkələri arasında qarşılıqlı inamın və ortaq işin yaxşı qonşuluq münasibətlərinin sabitliyinin əsas dayağı olduğunu bildirib.

Rəisi telefon əlaqəsi zamanı Fələstin məsələsi və Əfqanıstandakı mövcud problemə də toxunaraq, onların həllinin əhəmiyyətindən danışıb.

İmran Xan, həmçinin İbrahim Rəisini İrandakı 13-cü prezident seçkilərindəki qələbəsi münasibətilə telefonla təbrik edib və yaxın gələcəkdə seçilmiş prezidentlə üzbəüz görüşmək istədiyini bildirib.

İmran Xan bundan əvvəl də İran prezidenti seçilən İbrahim Rəisiyə təbrik mesajı göndərmişdi.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930