Kərbəlada Ərbəində 30 mindən çox hərbçi təhlükəsizliyi təmin edəcək
Mьəllif: admin1
Tarix: 26-09-2020, 21:19
Bцlmə: Xəbərlər
Kərbəlada Ərbəində 30 mindən çox hərbçi təhlükəsizliyi təmin edəcək
Kərbəla Əməliyyat Komandanlığı bu gün (26 sentyabr) vilayətin altı əsas bölgəsinin, xüsusilə qərb səhrasının təhlükəsizliyini təmin etmək üçün hazırlıqların tamamlandığını elan edib.

Deyerler.org xəbər verir ki, Kərbəla Əməliyyat Komandanlığının komandiri general-mayor Əli Əl-Haşimi bu gün Kərbəlada Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik planının həyata keçirildiyini açıqlayıb.

Ordu, polis və Əl-Həşduş Şəbinin də daxil olduğu təhlükəsizlik qüvvələri, xüsusilə Ənbar və Nəcəf Əşrəfə bitişik vilayətdən kənar səhra bölgələrində, quru və havadakı altı əsas bölgə üzərində təhlükəsizlik yaradıb.

Əl-Haşimi bu tədbirlərin məqsədinin 30.000-dən çox təhlükəsizlik qüvvəsinin iştirakı ilə həyata keçiriləcək xüsusi təhlükəsizlik planının İmam Hüseynin (ə) Ərbəin mərasiminə hazırlaşmaq olduğunu bildirib.

Ərbəin mərasimi üçün xüsusi təhlükəsizlik planlarını izah edən Əl-Haşimi, 15 sentyabrdan etibarən vilayətin qapılarının zəvvarlar üçün açıq olduğunu söyləyib.

Kərbəla Əməliyyat Komandanlığının sözçüsü general Fəhim Əl-Kərbati isə bunları deyib: “Kərbəla əməliyyatının komandiri general Əli Əl-Haşiminin birbaşa nəzarəti altında zəvvarlara dəstək olmaq üçün İmam Hüseynin (ə) Ərbəin mərasiminin təhlükəsizliyini təmin etmək planları hazırlanmışdır".

Plan Nəqliyyat, Ticarət və Müdafiə Nazirliklərinə bağlı nəqliyyat vasitələrinin səfər ayının 5-dən zəvvarların daşınması üçün əlaqələndirilməsi və göndərilməsi məqsədi ilə Kərbəla Əməliyyat Komandanlığı və qubernatorluğun birgə komitəsinin qurulmasını ehtiva edir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930