Ali Dini Rəhbər yenə əzadarlara təşəkkür etdi: "Builki əzadarlıq tarixdə ad qoydu"
![]() Deyerler.org xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışının əvvəlində İmam Səccadın (ə) şəhadətinin ildönümü münasibətilə başsağlığı verdikdən sonra, Həzrət Zeynəb (s.ə) və İmam Səccadın (ə) əzəmətli hərəkatının sözün həqiqi mənasında qiyam olduğunu deyib: “İmam Hüseynin (ə) Kərbəladakı Aşura qiyamından sonra Zeynəbin (s.ə) qiyamı Aşura hadisəsi və Həzrət Seyyidüş-şühədanın (ə) şəhadətinin ayrı-ayrı yönlərini bəşəriyyət üçün əbədiləşdirdi”. Ali Dini Rəhbər xalqın builki məhərrəm ayının ilk ongünlüyündəki matəm mərasimlərinin ölkə tarixinin tapıntısı olduğunu deyib: “Koronavirusla əlaqədar mövcud olan ciddi məhdudiyyətlərin olmasına baxmayaraq, əhali, xətiblər və mərsiyəxanlar İmam Hüseynin (ə) sevgisini qorumaqla, böyük və mənəvi məclislər təşkil etməklə yanaşı, qaydalara əməl etdilər. Buna görə bir Əhli-Beyt (ə) müridi kimi bütün əzizlərə səmimi qəlbdən təşəkkür edirəm. Hüseynçi şövqünü qorumaq ölkə tarixində əbədiyaşar bir hadisəyə çevrildi”. Oxşar xəbərlər
|