Seneqal Əhli-Beyt (ə) davamçılarının lideri vəfat etdi
Mьəllif: admin1
Tarix: 19-08-2020, 18:06
Bцlmə: Xəbərlər
Seneqal Əhli-Beyt (ə) davamçılarının lideri vəfat etdi
Seneqal Əhli-Beyt (ə) davamçılarının lideri höccətül-islam və müslimin Şeyx Nuh Mani vəfat edib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Şeyx Nuh Mani İraq, Livan və Suriyadakı Əhli-Beyt (ə) elmi dini hövzələrində təhsil almış, ölkəsinə qayıtdıqdan sonra 40 ildən çox davam edən geniş təbliğat işləri ilə məşğul olmuşdu.

Şeyx Nuh Mani Ziquinxor şəhərində “Rəsuli Əzəm (s) Mərkəzi” quraraq Quran və İtrət təlimlərini təbliğ etmək üçün bir çox tələbə yetişdirmişdi.

Əhli-Beyt (ə) məktəbini tanıtdırmaqdakı hərəkətləri və uğurları, habelə bu yolda cəsarət göstərməsi və təqiyyə bəhanəsi ilə bəzi insanların passivliyinə yol verməməsi onu Seneqalın Əhli-Beyt (ə) davamçılarının lideri kimi məşhurlaşdırmışdı.

Ömrünün sonuna qədər mərhum Şeyx Mani Rəzuli Əzəm (s) məktəbi və eyni adlı bir məsciddə dini və ictimai fəaliyyətlə məşğul olmuşdur və bu məktəbi bitirən bir çox tələbəsi indi qonşu şəhər və rayonlarda din təbliği ilə məşğuldur.

Şeyx Nuh Maniyə təkcə şiələr deyil, həm də bölgədəki bütün insanlar yaxşı davranışlarına və müxtəlif xidmətlərinə görə hörmət edirdilər.

Seneqal Əhli-Beyt (ə) davamçılarının liderinin pak nəşi Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının üzvlərinin çiyinlərində “Ləbbeyk ya Hüseyn” şüarı ilə son mənzilə yola salınıb.

Koronavirusun xüsusi şərtlərinə baxmayaraq, Əhli-Beyt (ə) davamçılarının əksəriyyəti bu mərasimdə iştirak edib.




Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930