Yəməndə əhalinin 40 faizi hazırda kəskin qida çatışmazlığı ilə üz-üzədir
Mьəllif: admin1
Tarix: 19-08-2020, 09:51
Bцlmə: Xəbərlər
Yəməndə əhalinin 40 faizi hazırda kəskin qida çatışmazlığı ilə üz-üzədir
Yəməndə ərzaq çatışmazlığı problem olaraq qalmaqdadır. Ölkədə humanitar maliyyə yardımının getdikcə azalması milyonlarla insanı risk altında qoyub.

Təxminən 3,2 milyon insan (əhalinin 40% -i) hazırda kəskin qida çatışmazlığı ilə üz-üzədir və beş yaşınadək demək olar ki, bütün yəmən uşaqları 2020-ci ilin sonuna qədər qidasızlığa düçar olacaq.

Yəmənin şimalı üçün qida rasionu aprel ayından etibarən yarıbayarı azalıb və əlavə 5 milyon insan daha çox maliyyələşmə olmazsa, noyabr ayında qida yardımından məhrum olacaq, - Beynəlxalq Xilasetmə Komitəsi (IRC) bildirib.

“Yəmənlilərin yaşadıqları kabus hər keçən gün daha da pisləşməkdədir,” IRC-nin Yəməndəki direktoru Tamuna Sabadze deyib.

“COVİD-19 -un ölkədə qeydə alınmaması, humanitar maliyyənin azalması, döyüş və hava hücumlarının artması ilə Yəməndə üçqat fövqəladə vəziyyət yaşanır. Bu sorğu COVİD-19-un dünyanın ən həssas insanlarının həyatına verdiyi dəhşətli iqtisadi təsirləri üzə çıxarır”.

“Ailələrini qidalandırmaq üçün respondentlər ödəyə bilmədikləri halda borca girməli olurlar, istehlak etdikləri yeməyin miqdarını azaltdıqlarını, torpaq və ya mal-qara kimi mallarını satdıqlarını və bəziləri hətta uşaqlarını dilənməyə göndərməli olduqlarını ifadə ediblər”,- o deyib.

Bu günə qədər 1900-dən az COVİD-19 yoluxma halı rəsmi olaraq qeydə alınsa da, bildirilir ki, həqiqi rəqəmin testlər edilmədiyi üçün daha yüksək ola bilər.

IRC-nin yüksək siyasət müşaviri Markus Skinner (Marcus Skinner) deyib ki, COVİD-19-un yaratdığı qida qiymətinin artma səbəbləri Yəmənə ciddi təsir edib. Skinner səbəb olaraq ölkədə bütün ərzaqların təxminən 85% -nin idxal olunduğunu bildirib. O deyib ki, ailələr yemək və təhsil üçün aldıqları vəsaiti gündəlik ərzağa yönəldiblər.

Skinner “uşaq evliliyində və uşaq dilənçiliyində artımın artdığını və ailələrin yedikləri yemək miqdarını azaltdıqlarını” qeyd edib:

“Ancaq bizim üçün ən çox təəccüblü tapıntı cənub ərazilərdə, xüsusən də koronavirusun yoxlanılmamış olduğu Adendə xəstəxanaların dolması, qəbiristanlıqların daşması olub”.

Skinnerin sözlərinə görə, əsas narahatlıq iqtisadiyyatın pisləşməsi və ərzaq təhlükəsizliyinin təsirsiz ötüşməməsidir:

“Aclıq sağlamlıq qorxusunu qəsb edib”.

IRC BMT-ni ölkəyə humanitar maliyyələşdirməni artırmağa və ABŞ, İngiltərə və Fransadan münaqişədə iştirak edən tərəflərə hərbi dəstəyə son verməyə çağırıb.

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.

Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.
/Guardian /
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031