Çin prezidenti: Fələstinə dəstək mövqeyimiz qətidir
Mьəllif: admin1
Tarix: 22-07-2020, 09:36
Bцlmə: Xəbərlər
Çin prezidenti: Fələstinə dəstək mövqeyimiz qətidir
Çin prezidenti Fələstin muxtariyyətinin başçısı ilə telefon danışığında Pekinin Fələstin məsələsinə qəti dəstək verdiyini və sülh prosesində konstruktiv rol oynamağa hazır olduğunu bir daha təsdiqləyib.

Fələstin prezidenti Mahmud Abbas və Çin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub.

Rəsmi Fələstin xəbər agentliyi "Wafa"nın verdiyi məlumata görə, Mahmud Abbas Fələstin xalqına verdiyi siyasi və iqtisadi dəstəyə, həmçinin koronavirus ilə mübarizədə verdiyi köməyə görə Çinə təşəkkür edib.

Mahmud Abbas daha sonra çinli həmkarına Fələstindəki son hadisələr, həmçinin Fələstin mövqeyinə beynəlxalq dəstəyi səfərbər etmək üçün siyasi və diplomatik səylər barədə məlumat verib. Bu da Qərb Sahilinin işğal planının həyata keçirilməsinin qarşısını almağı hədəfləyir.

Çinin beynəlxalq hüquqa uyğun sülhü dəstəklədiyi mövqeyini, eyni zamanda beynəlxalq qətnamələri pozaraq birtərəfli hərəkətlərdən imtina etməsini yüksək qiymətləndirib.

Çin prezidenti öz növbəsində ölkəsinin iki dövlətli həll yolunu və 1967-ci ildə Şərqi Qüds ilə sərhəddə müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha təkrarlayıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031