Gürcüstanın katalikos-patriarxı İkinci İlia bəyanat yayır
Mьəllif: admin1
Tarix: 1-11-2019, 20:16
Bцlmə: Xəbərlər
Gürcüstanın katalikos-patriarxı İkinci İlia bəyanat yayır
"Davranışlarımıza və çıxışlarımıza görə insanlar arasında qarşıdurmanın qarşısını almaq üçün hər şeyi etməliyik".

24News.ge xəbər verir ki, bunu bütün Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia Sinodun bugünkü iclasında bəyan edib.

"Sülhün bərqərar olması üçün həm kilsədə, həm də ölkədə hər şeyi etməliyik. Cəmiyyətə kilsə və imana şübhə olunmaması üçün bir səbəb olmamalıdır.

Bu gün biz kimisə cəzalandırmaq üçün deyil, bir-birimizə kömək etmək üçün toplanmışıq. Bizlər bir birimizin yükünü ağırlaşdırmalı deyilik, əksinə yüngülləşdirməliyik.

Mən hər zaman sizlərə köməy etməyi düşünürəm. Dəfələrlə çarmıxa yüklənsəm də, heç vaxt kimisə cəzalandırmaq barədə düşünmədim.

Həmişə yalnız sizlərə kömək etməyi düşünürəm. Mən həmişə Allah qorxusu və qonşuma mərhəmət hissi keçirən bir ailədə böyümüşəm",-deyə İkinci İlya Sinodun iclasında deyib

II İlya bəyan edib ki, Sinod iclasını ildə bir dəfə deyil, daha sıxlıqla keçirmək və iclaslarda mövcud olan problemləri həll etmək lazımdır.

Qeyd edək ki, din rəhbərləri tərəfindən keçirilən Sinod İclasında Petre Tsavanın baş keşiş vəzifəsindən azad edilməsi məlum oldu. Həbsdə olan dekanoz Giorgi Mamaladzenin isə azadlığa buraxılması barədə prezidentə müraciət etmək qərarı alındı.


Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031