Sepah komandanı ölkədəki iğtişaşların qarşısının tamamilə alındığını rəsmi şəkildə elan etdi
Müəllif: Admin
Tarix: 3-01-2018, 20:40
Bölmə: Xəbərlər
Sepah komandanı ölkədəki iğtişaşların qarşısının tamamilə alındığını rəsmi şəkildə elan etdi
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandanı son iğtişaşlarla bağlı açıqlama verib. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Sepah komandiri general-leytenant Məhəmməd Əli Cəfər bildirib ki, bu gün İranda iğtişaşlar rəsmən son yetib.

Məhəmməd Əli Cəfər, "Bu hər hansı fitnədən və çətinlikdən sonra asanlıqla gələn ilahi vəddir. Düşmənlər heç bir şəkildə İran İslam Respublikasını müdafiə baxımından təhdid edə bilməyəcəklər.

İran-İraq müharibəsindən sonra İrana qarşı mədəni, iqtisadi və təhlükəsizlik təhdidlərini həyata keçirmək üçün bütün güclərini ortaya qoydular və Allahın köməyi ilə bu mövzuda da məğlub olduqlarını bilirlər. Hakimiyyət, səbr və düşüncə həmişə İranı və İran xalqını qalib etmişdir" , - deyə söyləyib.

Məhəmməd Əli Cəfəri həmçinin qeyd edib ki, ABŞ, sionistlər və Səudiyyə Ərəbistanı İŞİD-ə İrana daxil olmağı əmr verib:

"Onlar İranda partlayış və təxribatlar törətmək istəyirdilər. Bu cinayətkar qrupun liderləri artıq tam nəzarətimizdədir. Bu terrorçu qrupun zəif qüvvələri İran sərhədlərini keçməyə cəsarətləri varsa, keçsinlər" , - deyə Sepah komandanı əlavə edib.
Mənbə:/eastnews/
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31