İmam Xomeyninin dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. video
Müəllif: Admin
Tarix: 4-06-2018, 11:36
Bölmə: Xəbərlər
İmam Xomeyninin dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. video
Buna səbəb dəfn mərasimində çox sayda insanın iştirak etməsidir.

FaktXəbər-in "Fars Nyus" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün İran İslam Respublikasının mənəvi, siyasi lideri və qurucusu sayılan Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfat etdiyi gündür.

29 il bundan öncə vəfat etmiş İslam dünyasında ən nüfuzlu alimlərdən olan İmam Xomeyninin dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsidir.

Qeyd edək ki, 1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvinin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Məlumat üçün bildirək ki, Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. İmam Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.

O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başladı. 1987-ci ildə Taym jurnalı Ruhullah Musəvini ilin adamı seçir.

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır. 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edildi. İmam Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa keçdi və Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirir.

İmam Xomeyni İraqdan Fransanın paytaxtı Parisə köçür. 1979-cu ildə şahın İrandan qaçmasından sonra Ayətullah Xomeyni İrana qayıdır. 1979-cu il 11 fevralda Xomeyninin başçılığı ilə başlayan inqilab qələbə ilə sona çatır.



Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031