İran kinosunun əxlaq ustadı
Mьəllif: admin1
Tarix: 3-08-2016, 22:40
Bцlmə: Xəbərlər
İran kinosunun əxlaq ustadı
İran kinosunun KİŞİsi, bütün rolları, o cümlədən “İmam Əli” filmində Malik Əştər rolu ilə yadda qalan Daryuş Ərcümənd qadın və kişi sənətçilərin geyiminə etiraz səsini qaldırdı. Bu günlərdə tanınmış İran aktyoru Mehran Müdiri mavi ekranda Daryuş Ərcüməndə üz tutdu və “biz sizdən qorxuruq, Ustad” dedi. Çünki Daryuş Ərcümənd sözünü deyir, haqqı deyir və kimsədən çəkinmir. Nazirlər də Ərcümənddən qorxur!
Böyük sənətkar sənətçilərin geyimi haqqında deyib: Bəzi sənətçilərin geyimi bizim mahiyyət yox, forma ardınca olduğumuzu təsdiqləyir. Bəzən sual yaranır ki, bunlar ayaqlarını bu şalvarlara necə keçirir!! Bu bizim formamız deyil. Hazırda mahiyyət unudulub, kölgədə qalıb. Demirəm ki, zahirə, formaya diqqət yetirilməsin. Sadəcə öz formamız olmalıdır və istəsək, bu forma var. Sənətkar cəmiyyətə əxlaq öyrətməlidir. İdeallarımız da var. Əmirəlmöminin Əli həm necə ata, həm necə ər, həm necə oğul, həm necə hakim olmağı öyrədir. Öyrənmək istəyən olsa!

Vilayet.info
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930