Qəflət - insanı heyvanların səviyyəsinə sala biləcək bir rəzil sifətdir
Mьəllif: admin1
Tarix: 11-01-2022, 13:01
Qəflət - insanı heyvanların səviyyəsinə sala biləcək bir rəzil sifətdir
Qəflət - təfəkkür və diqqətin əksidir. Əxlaq baxımından diqqət və təfəkkür hər nə qədər ali olarsa, insanı ucaldar. Qəflət elə bir rəzil sifətdir ki, insanı süqut etdirər. Quranın buyurduğu kimi, heyvandan da alçaq edər.

“Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

O insanların ki, ürəyinə qəflət hakim olar, onların gözləri var, ancaq onunla görməzlər. Qulaqları var, ancaq onunla eşitməzlər. Ürəkləri var, ancaq onunla dərk etməzlər. Bu ayədən də göründüyü kimi, qəflət - insanı heyvanların səviyyəsinə sala biləcək bir rəzil sifətdir.

Başqa ayədə oxuyuruq: “Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir”.(“Nəhl” 108).

Yəni, bu insanların ürəyinə, qulaqlarına və gözlərinə qıfıl vurulmuşdur. Nəhayət bu qıfıl onları heyvanların səviyyəsinə salar.

İnsanın ən böyük düşməni - əmmarə nəfsidir. Bu, elə bir düşməndir ki, Həzrət Yusif (ə) ondan qorxaraq buyurmuşdu: “(Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram»”. (“Yusif” 33).

Məhrum Müqəddəs Ərdəbiliyə sual verirlər: “Əgər siz evdə bir naməhrəm qadınla tək olsanız, nə edərsiniz?”.

Alim deyir: “Mən Allaha pənah apararam”.

Bəli, əmmarə nəfsi cavan və qoca tanımır, qadın, kişi, müqəddəs tanımır. Gərək hamı ondan qorxsun. Çünki daima bizimlə vuruşur.

İmam Kazım (ə) nəql edir ki, Peyğəmbər (s) bir neçə nəfəri döyüşə göndərir və o zaman ki, qayıdırlar, buyurur: “Mərhaba, kiçik cihad edən dəstəyə! Böyük cihad onlar üçün qalmışdır”.

Deyirlər: Böyük cihad nədir?

Buyurur: “Nəfslə cihad. Ən böyük cihad - nəfslə olan cihaddır”.

Bəli, əmmarə nəfslə olan cihad - ən böyük cihaddır. Bu döyüş batinimizdə həmişə mövcudur. Bir anlıq qəflət nəticəsində insan ömür boyu peşman olub, əzab çəkə bilər.

Ona görə də o kəslər ki, ürəklərində olan yersiz qəmə görə ağlayırlar, yaxşı olar ki, qafil olduqları nəfslərinə görə ağlasınlar.

Onu həqir edən və bədbəxtliyə çəkən qəflətə görə ağlasınlar.

Ona görə də ey cahil insan! Məgər bilmirsən ki, bu dünyadakı ömrün bir anlıqdır? Həqiqi aləmə gedəcəksən və orada cavidan qalacaqsan?

Allah bizləri agahlardan qərar versin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930