Yalan – ruzini azaldar, imanı viran edər. Allah yalançının yaddaşını alar
Mьəllif: admin1
Tarix: 3-07-2022, 23:07
Yalan – ruzini azaldar, imanı viran edər. Allah yalançının yaddaşını alar
Yalan - ən çirkin günah və bir çox fəsadların mənbəyidir. Yalan kəbirə günahlardan hesab edilir. Quran və hədislər bu əməli həmişə şiddətlə qadağan etmişdilər.

Yalan qalan günahların mənbəyinə çevrilər. Çünki bütün günahların açarı yalandır. Dünya və axirətdə insanı İlahi rəhmətdən məhrum edər. İnsanların ona etimadı azalar və cəmiyyəti nifaqa tərəf çəkər.

Yalan, yəni həqiqət olmayan sözü deməkdir. Yalançı həmişə çalışar ki, öz yalanları ilə çirkin mənafeyinə çatsın. Bunun üçün həmişə insanların inancından sui-sitifadə edər və Allaha, Peyğəmbərə (s) yalandan andlar da içər.

Quran hər bir insanı kamala tərəf hidayət edər. Quran bütün əxlaqi rəzilliklərlə mübarizə aparır və eyni zamanda da yalanla mübarizə aparar. Yalanın amillərini, təsirini və aqibətini bizə tanıdar. Yalançı insan Allahın lənətinə məruz qalar.

Quran buyurur: "Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbir edim. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır»”. ("Yusif” 18).

Mömin yalan deməz.

Həqiqi mömin heç bir zaman bu çirkin əməli görməz. Bir gün Həsən ibni Məhbub İmam Sadiqdən (ə) soruşur: "Mümkündürmü ki, mömin paxıl olsun?”.

İmam (ə) buyurdu: "Bəli”.

Soruşdu: "”Qorxaq ola bilərmi?”.

Həzrət (ə) buyurdu: "Bəli”.

Soruşdu: "Mömin yalan deməz?”.

İmam (ə) buyurdu: "Xeyr. Bil ki, mömin xain deyildir. Agah ol ki, mömin hər bir sifətə malik ola bilər, ancaq xəyanət və yalana bulaşmaz”.

İnsan ən kiçik yalan deyəndə belə, qorxu onu tərk edər və daha böyük günahlara tərəf addım atar.

İmam Səccad (ə) bu haqda oğluna buyurur: "Yalandan istər kiçik olsun, istərsə də böyük, istər ciddi olsun, istərsə də zarafatla - çəkin. Çünki o zaman ki, insan kiçik yalan deyər, böyük yalan deməyə cürət əldə edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman bəndə yalan desə, əməlindən yaranmış pis iy gələr ki, mələk ondan bir mil fasilə edər”.

İmam Baqir (ə) buyurur: "Allah Təala pisliklər üçün qıfıl qərar vermişdir və o qıfılın açarını şərab qərar vermişdir. Yalan şərabdan da pisdir”.

İmam Sadiq (ə) buyurur: "Yalançının cəzasından biri budur ki, Allah unutqanlığı ona hakim edər”.

O kəs ki, yalan danışar - əslində fasiqdir. Belə ki, Allaha itaət yolundan xaric olmuş olar və günaha tərəf gedər.

"Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. ("Hucurat” 6).

Bu ayədə yalançı fasiq kimi bəyan edilmişdir.

Yalançı Allahın qəzəbinə məruz qalar. "Əgər yalançılardan olsa, Allah ona lənət etsin!”. ("Nur” 7).

Gecə namazından məhrum olar. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan bəzən yalan deyər, ona görə də gecə namazından məhrum olar”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyə edir: "Ey Əli! Yalandan çəkin, çünki üzün qaralmasına səbəb olar. Sonra insan Allah yanında yalançı hesab edilər”.

İnsan hər nə qədər yalan deyirsə-desin, həqiqət gec və ya tez üzə çıxacaqdır. Şübhəsiz ki, Allah bu əməli boş yerə qadağan etməmişdir.

Belə ki, İmam Əli (ə) yalanın aqibəti haqqında buyurur: "Yalançı öz yalanı ilə üç şey əldə edər: özünə qarşı Allahın qəzəbini, insanların özünə qarşı təhqiramiz baxışını, mələklərin ona düşmənçiliyini”.

Həzrət Peyğəmbər (s) buyurur: "Yalan ruzini azaldar”.

İmam Baqir (ə) buyurur: "Yalan, imanı viran edər. Ona görə də İmam Əli (ə) yalanın nəticəsini dünyada xarlıq və axirətdə isə əzab bəyan etmişdir”.

İmam Əli (ə) "Nəhcul-bəlağə”də yazır: "Yalan danışmaq üslubu axəril-zamanın nişanəsindəndir. Düzgünlük insanların arasından gedər və yalan yayılar. İnsanlar dildə bir-biri ilə dost və qəlblərində bir-biri ilə düşmən olarlar. Günahla iftixar edərlər. İffətə görə təəccüb edərlər”.

Hədislərin birində oxuyuruq ki: "O kəs ki, yalançı və naşükürdür, hidayət olmaz”.

Beləliklə bu rəzil sifətdən uzaq olaq və ən kiçik yalan belə danışmayaq ki, böyük yalan üçün cürətimiz olmasın.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031