Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?
Müəllif: Admin
Tarix: 13-04-2014, 20:16
Bölmə: Sual-Cavab
Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?


Cənabət qslü verməzdən öncə vanna və yaxud duş qəbul etmək olarmı?
Sizin verdiyiniz qüsul doğru və düzgündür.

Sual:
Salam. Mən qüsl almazdan əvvəl əvvəlcə fiziki təmizlik üçün duş qəbul edirəm (yəni sabunla şampunla yuyunuram təmizlənirəm). Sonra duşu bağlıyıram və yenidən suyu açıram və başlıyıram qüsl almağa, lakin mənim vücudum hər yeri yaş olur qurunmamış qüsl alıram.
Xahiş edirəm mənə cavab yazın ki mənim qüsulum düzgün sayılırmı?

Azər
Cavab:

Əleykə Səlam və Rəhəmətullahi və Bərəkatuh.
Sizin verdiyiniz qüsul doğru və düzgündür. Lakin daha ətraflı izah üçün bildiririk ki, qüslun iki növ vermək qaydası var. 1-Tərtibi. 2- İrtimasi.
1- Tərtibi qüsl: İlk öncə niyyət etdikdən sonra baş (və boyun) nahiyyəsini yumaq, sonra bədənin sağ tərəfin (arxa və qabaq nahiyəni), daha sonra sol hissəni (qabaq və arxa nahiyəni) yumaq lazımdır. Qeyd edək ki, tərtibi qüsl verdikdə bədənin murdarlanmış yerlərini öncədən yumaq vacib deyildir. Çünki bu işi insan qüsl verdikdə də edə bilər. Duşda verilən qüsul, tərtibi qüsuldur.

2- İrtimasi qüsl: Öncə insan bədənin murdara bulanmış yerlərini yuyub təmizləməli daha sonra niyyət edərək suyun içinə girib eyni vaxta bütün bədənini islatlamalıdır. Dənizlərdə, çaylarda və su hovuzlarında, həmçinin vannalarda (əgər kifayət qədər insanın bütün əndamını əhatə edə bilərsə) verilən qüsullar İrtimasi qüsul adlanır.

Abna.ir
Oxşar xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930