Allah Peyğəmbərinin və övliyalarının təvəllüdünü bayram keçirmək bidətdirmi?
Mьəllif: admin1
Tarix: 13-04-2014, 19:57
Bцlmə: Sual-Cavab
Allah Peyğəmbərinin və övliyalarının təvəllüdünü bayram keçirmək bidətdirmi?


Şübhələrə cavab.
Allahın layiqli və saleh bəndələrinin xatirəsini əzizləmək, o cümlədən onların təvəllüd günlərini bayram keçirməyin əql sahibləri nəzərindən bəyənilən bir iş olmasına baxmayaraq bu barədə hər növ şübhənin aradan qaldırılması üçün onun şərən icazə verilən bir iş olmasının dəlillərini qeyd edirik:

1- Bu kimi mərasimlərin keçirilməsi onlara məhəbbət izhar etmək üçündür.
Quran Peyğəmbəri Əkrəm (s.ə.v.v) və onun Əhli- beyti ilə dostluq göstərib onlara məhəbbət bəsləməyi müsəlmanlara əmr edib buyurur: .(Ey Peyğəmbər,) de: Mən sizdən ən yaxın adamlarıma məhəbbət bəsləməkdən başqa bir şey istəmirəm. ("Şura" surəsi, ayə 23)
Şübhəsiz, ilahi övliyaların təvəllüd münasibətləri ilə əlaqədar bayram keçirmək insanların onlara eşq və məhəbbətlərinin cilvəsidir ki, bu da Quran nəzərindən qəbul olunur.

2- Bu mərasimlərin keçirilməsi Peyğəmbəri Əkrəmə (s) hörmət və təzimdir.
Quran Peyğəmbəri Əkrəmə (s)- ə kömək etməkdən əlavə, onun məqamını yüksək dəyərləndirməyi də səadət və xoşbəxtlik amili kimi qeyd edir: .O kəslər ki, Peyğəmbərə iman gətirib onu əzizlədilər və ona kömək etdilər, ona göndərdiyimiz nura itaət etdilər, məhz onlar nicat tapanlardır. ("Əraf" surəsi, ayə 157)
Bu ayədən aydın olur ki, Peyğəmbəri Əkrəmi (s) əzizləmək islam nəzərindən bəyənilən bir işdir, eləcə də onun əziz xatirəsini canlandıran mərasimlərin, o həzrətin yüksək məqamını xatırladan mərasimlərin keçirilməsi də Allahın razı olduğu işlərdir. Çünki bu ayədə nicat tapanlar üçün dörd sifət bəyan edilmişdir:
a) İman: .Əlləzinə amənu bihi yəni o kəslər ki, ona iman gətirmişlər.
b) Onun nuruna itaət etmək: .Vəttəbəun- nurəlləzi unzilə məəhum: ona nazil olunan nura itaət edərlər.
v) Ona kömək etmək: .və nəsəruhu ona kömək etdilər.
q) Peyğəmbərin (s) məqamına təzim etmək və ehtiram göstərmək: .və əzzəruhu onu əzizlədilər.
Deməli, Peyğəmbəri Əkrəmə (s) ehtiram göstərmək və ona təzim etmək ona iman gətirib kömək etmək və göstərişlərinə əməl etməkdən əlavə zəruri bir işdir və Peyğəmbəri (s) əzizləmək .vəəzzəruhu ifadəsinə əməl yetirməkdir.

3- Bu kimi mərasimlərin keçirilməsi Allah- Taalaya tabe olmaqdır.
Allah- taala Peyğəmbəri (s) tərifləyərək buyurur: .Sənin adını dünyada yüksəltdik.” ("İnşirah" surəsi, ayə 4)
Bu şərif ayədən məlum olur ki, Allah- Taala Peyğəmbərin (s) əzəmət və cəlalının bütün dünyada yayılmasını istəyir və Özü də Quran ayələrində onu tərifləyir.
Biz də öz asimani kitabımıza tabe olaraq böyük, əzəmətli mərasimlər təşkil etməklə kamal və fəzilət nümunəsi olan o böyük şəxsiyyətin məqamını əzizləyir və bu yolla da aləmlərin Pərvərdigarına tabe olmuş oluruq. Aydındır ki, bu mərasimləri keçirməkdə müsəlmanların əsas hədəfi Peyğəmbəri Əkrəmin (s) şənini yüksək tutmaqdan başqa bir şey deyildir.

4- Vəhyin nazil olması süfrənin nazil olmasından heç də az deyil.
Qurani- Məcid ilahi peyğəmbər olan İsanın dilindən belə hekayət edir: .İsa ibni Məryəm dedi: Pərvərdigara, ey bizim Rəbbimiz, bizə asimandan bir süfrə göndər ki, bizim hamımız üçün bayram, Sənin tərəfindən bir nişanə olsun bizə ruzi ver, çünki sən ruzi verənlərin ən yaxşısısan.” ("Maidə" surəsi, ayə 114)
Həzrəti İsa (ə) Allahdan istəyir ki, onlara asimani bir süfrə nazil etsin və onun nazil olma gününü bayram keçirsinlər.
Biz soruşuruq: Əziz bir ilahi peyğəmbər asimani süfrə olan, insanın sadəcə cismi cəhətdən ləzzət almasına səbəb olan bir ruzinin nazil olmasını bayram keçirirsə (və bu iş şirk və bidət sayılmırsa) dünya müsəlmanlarının ilahi vəhy nazil olmasını, bütün insanların xilaskarı və bəşər cəmiyyətinə yeni həyat verən bir şəxsin Peyğəmbəri Əkrəmin (s) milad gününü bayram keçirməsi şirk və bidət sayılarmı?!

5- Müsəlmanların adət- ənənəsi
İslam dini ardıcılları qədim dövrlərdən etibarən Peyğəmbəri Əkrəmin (s)n əziz xatirəsinin dirçəldilməsi üçün təşkil etdikləri mərasimi davam etdirmişlər. Hüseyn ibni Məhəmməd Diyar Bəkri .Tarixul- Xəmis kitabında belə yazır: "Dünya müsəlmanları tarix boyu Peyğəmbəri Əkrəmin (s) doğum ayında bayram keçirir, bu ayın gecələrində ehsan və sədəqə verir, şadlıq keçirir, müxtəlif yaxşılıqlar edir, onun təvəllüd münasibətilə şer oxuyurlar, bu işlərlə onun hərtərəfli rəhmət və bərəkəti hamıya aşkar olur. (.Tarixul- Xəmis” (Hüseyn ibni Muhəmməd ibni Həsən Diyar Bəkri), Beyrut çapı, 1- ci cild, səh.223)
Deməli, Quran və müsəlmanların adət- ənənəsindən ilahi övliyaların əziz xatirələrini dirçəltmək üçün keçirilən mərasimlərin caiz və layiqli bir iş olması barəsində ümumi bir hökm əldə olunur. Beləliklə Allah dərgahında əziz olan şəxsiyyətlərin təvəllüdlərini bayram keçirməyi şirk və bidət hesab edənlərin sözlərinin tam əsassız olduğu aydın olur. Çünki bidət o şeydir ki, xüsusi, yaxud ümumi şəkildə, Quran və sünnədən istifadə edilmədən bir şey icazə verilmiş olsun, halbuki Quran ayələrindən, müsəlmanların əbədi adət-ənənələrindən qeyd olunan məsələnin külli hökmü əldə olundu. Həmçinin bu mərasimlər yalnız Allahın layiqli bəndələrinə ehtiram göstərmək, eləcə də onların Allahın bəndələri və Allaha ehtiyaclı olmalarına etiqad bəsləməklə keçirilir. Deməli qeyd olunan əməl tovhid və yeganəpərəstliklə tamamilə uyğundur və ilahi övliyaların təvəllüdləri ilə əlaqədar bayram mərasimi keçirməyin şirk olduğunu deyənlərin sözləri tam əsassızdır.

www.Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031