Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » Nurçuluq və Səid Nursinin risaləsi haqqında (”Risaleyi-Nur”)

Nurçuluq və Səid Nursinin risaləsi haqqında (”Risaleyi-Nur”)

Nurçuluq və Səid Nursinin risaləsi haqqında (”Risaleyi-Nur”)


Əlavə etdi isra.az on İyun 16th, 2010 Bölmə: ARAŞDIRMALAR, NƏZƏR NÖQTƏSİ. Siz bu yazını RSS-də canlandıra bilərsiniz RSS 2.0.

Səid Nursi, “Sikkeyi Təsdiqi Qeybi” adlı risaləsində öz yazdıqlarını Quranla eyni sayır, özünü Allahla danışan peyğəmbərlərlə bərabər tutur. Və risalədə belə bir şərh gətirir:

“Risaleyi Nur”u Allah Qurani-Kərimdə imzalamışdır. Hz Məhəmməd başda olmaqla, Hz. Əli, Əbdülqadir Geylani, Mühitidin Ərəbi və o biri böyüklər də Risaleyi Nura imza qoymuşlar.”

Səid Kürdü Spartada yazdığı mövzularında isə bunları söyləyir :

“Risaleyi Nur daxil olduğu hər yeri müqəddəsləşdirmiş, bu vaxt Spartaya mübarəklik qazandırmışdır. Risaləyi Nur Spartaya bütün ellərin üzərində bir dindarlıq üstünlüyü qazandırmışdır.”

Səid Nursi (Saidi Kürdü), “Sönməz Risaləsi”ndə su sözlərlə “Risaleyi Nur”u tərifləməkdədir :

“Risaleyi Nur Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir… Risaləyi Nura kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz.”

Səid Nursiyə görə Risaleyi Nur ona Allah tərəfindən bilavasitə endirilmişdir. “Bədiüzzaman Cavab Verir, 1960″ adlı əsərində də “Risaleyi Nur, Səid Nursiyə Allah tərəfindən verilmişdir.” deyilir.

Nursinin “Məsnəvini Nuriyyə” adlı yazısında isə bu ifadələr vardır :

“Risaleyi Nur Quranın bir möcüzəsi olduğundan hər şeydə bir mərifət pəncərəsi açmışdır. Bu kitab Qurana aid bir sirri həll edərək bir illik bir işi bir saatda bitirəcək vəziyyətə gəlmişdir… Risaleyi Nur Musa peyğəmbərin əsası kimi hara dəydisə oradan su çıxarmışdır.”

slam dininə görə başda insan olmaqla, bütün yaradılmışlar öz dillərin tərəfindən Allahın adını xatırlayarlar. Səid Nursi isə baxın bu mövzuda nə deyir:
“Risaleyi Nuru yalnız quşlar deyil, göydə və yerdə olan bütün varlıqlar alqışlar.”

Səid Nursi yazılarının bir çoxunda özünün bəzi yerlərdə üstü örtülü, bəzi yerlərdə isə çox açıq şəkildə Allahla vasitəsiz danışdığını vurğulayır. Onun “Xidmət Rəhbəri” dediyi yazısında bu ifadələr vardır :

“…Amma onda (Risaleyi Nurda) yazılanlar Quranın tayıdır. Hamısı Allahdandır… Peyğəmbərimiz Qurani Kərimin yalnız bir tərcüməçisi idi. Ustad da (Səidi Kürdü) Risaleyi Nurun yalnız bir tərcüməçisi kimidir.”

“İman Həqiqətləri” başlıqlı yazısında isə bunu deyir :

“Risaleyi Nur peyğəmbərimizin risalətini yəni peyğəmbərliyinin bir mirasını ustada verər.”

Risaleyi Nurun “Xidmət Risaləsi” hissəsində yazılan bu sözlər də maraqlıdır :

“Risaleyi Nura etiraz edilə bilməz. Ediləcək hər etiraz ən ulu kəslərdən, Kutbu’l Əzəmdən də gəlsə diqqət edilməməlidir.”

İslam terminologiyasında Kutbu’l Əzəm peyğəmbər deməkdir.

“Qurani Kərim və Risaleyi Nur, Rəhman və Rəhim olan Allahın nazil etdiyidir. Qurani Kərim və Risaleyi Nurun enməsi əziz və hakim olan Allahdandır.”

“Və o nur həm Qurani-Kərimdir, həm də Risaleyi Nurda.”"

“Risaleyi Nurun 129 parçası Qurandan uzanan elektrik telinin ucuna ilişən 129 elektrik lampası kimidir.”

İslam dininin və Qurani Kərimin necə təhriflərə uğradılaraq Nurçuluq adlanan bu sayıqlamanın Allahın buyurduğu kimi göstərməyə çalışıldığı açıqca ortadadır.

Səid Nursi “Nur Meyvələri” adlı əsərində də belə yazır :

“Risaleyi Nuru oxumaq və ya yazmaq alim olmaq üçün kifayətdir, başqa məlumata ehtiyac yoxdur.”

Səid Nursiyə görə “Risaleyi Nur, ona xidmət edənləri ən başda Nur tələbələrini mütləq cənnətə aparacaq.”

Orta əsrlər Avropasında kilsələr də zəngin kəslərə böyük pullar qarşılığında cənnətdən torpaq satırdılar.

Mənbə: az.313news.net
Müəllif: Admin | 13-04-2014, 19:29
Baxılıb: 517
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.