HƏZRƏTİ ZEYNƏBİN (S) YÜKSƏK ELMİ MƏQAMI
Mьəllif: admin1
Tarix: 23-01-2018, 10:06
HƏZRƏTİ ZEYNƏBİN (S) YÜKSƏK ELMİ MƏQAMI
Bəşəriyyət öz əzəmətinə, dinin, elmin müxtəlif sahələrində əldə etdiyi bir çox nailiyyətlərə, elmi kəşflərə görə bir ailəyə borcludur. Bu ailə Məhəmməd Peyğəmbərin (s.ə) müqəddəs ailəsidir. Hicrətin 6-cı ilində Mədinə şəhərində məhz bu ailədə bir qız uşağı dünyaya göz açdı.

Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçəyin adı Zeynəb (ə) idi. Sonralar sədaqət və vəfası, şücaət və fədakarlığı, ibadət və itaəti, iffət və səbri, dözüm və mübarəzəsi ilə bütün Allah yolçularını, xüsusilə də özlərini əhli-beyt davamçıları hesab edən qadınlar üçün ülgü və nümunə oldu.

Zeynəb sözünün mənası atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinətinə və ailəsinin fəxrinə çevrildi. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.

Bu vilayət dürrünün ad qoyma mərasimi barədə tarixdə belə yazılmışdır ki, Zeynəb-Kübranın təvəllüdü zamanı Həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə (ə) istədi ki, Əli (ə) onların dünyaya yenicə göz açmış övladları üçün ad seçsin.

Əli (ə) buyurdu: "mən atandan qabağa keçmərəm. Səbr edək, Peyğəmbər (s) səfərdən gəlsin". Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın (ə) uşağı olması xəbərini Peyğəmbərə (s) çatdıraraq, ondan körpəyə ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: "Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur".

Onun bu sözlərindən sonra Cəbrail nazil olub xəbər gətirdi ki, Allah buyurur:"bu qızın adını Zeynəb qoyun! Çünki, mən bu adı lövhi məhfuzda yazmışam". Bunu eşidən Peyğəmbər (s) Zeynəbi (ə) öpdü və buyurdu: "tövsiyə edirəm, hamı bu qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kübra kimidir".
Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir zəmanədə yaşamışdır.

Onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına bu müddət kifayət edir və bu da həmin mövzu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Göstərilən beş il fürsət idi ki, Həzrət Zeynəb (ə) Peyğəmbərin (s) mübarək vücudundan səbr və dözüm tərbiyəsini alsın.

Həzrət Zeynəb (ə) onu qarşıda gözləyən qəmli macəraları uşaq vaxtlarında yuxuda görüb babası Məhəmməd Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin (Ə) yetişdirməsi və Zəhranın (ə) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin.

Bu yuxu barədə belə yazılmışdır: "Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsərək bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur olub böyük bir ağacdan yapışdım. Ancaq külək onu da yerindən qopardı.

Mən ikinci dəfə həmin ağacın bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə ağacın başqa bir budağından tutdum. Lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən bu zaman yuxudan ayıldım".

Peyğəmbər (s) Zeynəbin (ə) yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: "Sənin ilk yapışdığın ağac babandır, tezliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır".

Lakin Zeynəb (ə) evlənməklə boynunda olan böyük bir vəzifəni unutmur. O bilir ki, hər an qardaşının yanında olmalıdır. Elə bu səbəbdən Zeynəb (ə) evlənmək ərəfəsində də öz vəzifəsinə sadiq qalır və ailə qurandan sonra İmam Hüseyndən (ə) uzaq düşməməyi şərt kəsir.

Əlinin (ə) qızına elçi göndərən və əhli-beyt dostlarından olan Əbdullah ibn Cəfər sözsüz ki, bu şərti qəbul edir və nəhayət Zeynəb-Kübranın (ə) əri olmaq şərəfinə nail olur.

Ata müsibətindən sonra Zeynəb (ə) qardaşı İmam Həsənin (ə) bütün dərdlərinə şərik idi. Zəhərlənərkən onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözləri ilə gördü. Nə qədər qəmli yaşlar axdı gözündən, nə qədər dağlar çəkildi onun onsuz da dağlı olan qəlbinə! Həzrəti Əba-Əbdullahın (ə) ürək yandıran şəhadətindən sonra əhli-beytdən olan qadın və uşaqların qorunması və işlərinin idarə olunmasında Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı.

Allahın salamı olsun Zeynəb-Kübraya və Allah yolunun bütün fədakarlarına ki, Zeynəbdən (ə) dərs alaraq səbr etməyi öz həyat kitabının sərlövhəsinə yazıblar.

Əziz oxucular! Məqaləni belə qəmli notlarla tamamlamaq istəməzdik. Çünki xanım Zeynəbin (s) təvəllüd günüdür.sizləri və cəmi müsəlmanları, xüsusən də 12-ci İmamı (ə) bu gün münasibəti ilə təbrik edirik. Cəmi ana və bacılarımıza isə xanım Zeynəb (ə) iffəti, paklığı və həqiqi müsəlman vüqarı arzulayırıq.

Nəhayətdə isə Bunlardan əlavə yaxınları və hətta oğlu onun (Ovn) ibn Əbdullah da yeniyetmə çağlarında onun gözləri qarşısında pak qanına qəltan oldu. Bunlara baxmayaraq Zeynəb (ə) Quranı-Kərimin buyurduğu kimi, gözəl şəkildə "səbr et!", ayəsinə daim əməl elədi.

Allahın salamı olsun Zeynəb-Kübraya və Allah yolunun bütün fədakarlarına ki, Zeynəbdən (ə) dərs alaraq səbr etməyi öz həyat kitabının sərlövhəsinə yazıblar.

Həzrəti Ayətullah Kərimi Cəhrominin
“Zeynəb” kitabından götürülmüşdür

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930