Ana südü ağıl bəxş edir
Mьəllif: admin1
Tarix: 22-11-2020, 22:24
Ana südü ağıl bəxş edir
İngiltərədə aparılan araşdırmaya görə, ana südünün körpənin inkişafında çox əhəmiyyətli rolu olduğu müəyyənləşib

FaktXeber.com-un verdiyi məlumata görə, "uardian" qəzetində ana südü körpələrin intellektini artırmasıyla əlaqədar məqalə dərc edilib.

Məqalədə bildirilir ki, ana südü immunitet sistemlərini qüvvətləndirir və eyni zamanda körpələrin gələcək davranışlarındakı problemlərini azaldır.

Araşdırmaya görə, ana südüylə qidalanan uşaqlar 5 yaşa çatdıqda, potensial davranış pozğunluğu ehtimalı azalır.

Həmçinin, xüsusilə 2-4 həftə ərzində əmizdirilən körpələrin intellektində artım müşahidə edilir.

Ana südünün körpələrin immunitet sistemindəki əhəmiyyətli təsirlərini vurğulayan araşdırma, əmizdirilən körpələrin alt tənəffüs yolu infeksiyası kimi tibbi müdaxilə tələb edən narahatlıqların müşahidəsi ehtimalını da azaldır.

Qurani-Kərimin "Logman" surəsinin 14-cü ayəsində isə belə deyilir: «Biz insana ata – anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) «Mənə və ata – anana şükür et. Axır dönüş Mənədir!»

Ana südü körpənin qidaya olan ehtiyacını qüsursuz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemətdir.

Ana südündəki qida maddələrinin nisbəti ən ideal səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları və bədən sistemləri üçün ən uyğun formadadır.

Ana südü uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və onun sinir sisteminin inkişafını sürətləndirən qidalar baxımından da çox zəngindir. Çağdaş dövrün texnologiyası əsasında istehsal edilən uşaq yeməkləri də bu möcüzəli qidanın yerini verə bilmir.

Ana südünün uşaq üçün zəruri olan faydalı cəhətlərinin siyahısına zaman keçdikcə yeni – yeni məqamlar əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sistemi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki ana südündə elə bənzərsiz maddə və elementlər (məsələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan bilavasitə qoruyur.

Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti də var. Bu xüsusiyyət «normal flora» deyilən xoşməramlı, «yaxşı» bakteriyalar üçün «dost şəraiti» yaratdığı halda zərərli bakteriyaların, virus və parazitlərin körpənin orqanizmində «məskən salmasına» mane olur.

Bundan əlavə ana südündə uşağın yoluxucu xəstəliklərə qarşı immunitet sistemin tənzimləyən və onun yaxşı işləməsini təmin edən faktorların da olması müəyyən edilmişdir.

Ana südü xüsüsi olaraq uşaqlar üçün proqramlaşdırıldığı üçün körpənin çox asan həzm edə biləcəyi qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik olsa da onun həzm edilməsi uşaqların həssas sistemlərinə uyğun və asandır.

Beləliklə, uşaq bu qidaların həzminə daha az enerji sərf edir və elə buna görə də enerjisini orqanizminin başqa fəaliyyətinə, böyüməyə və əzalarının inkişafına yönəldir.

Körpənin vaxtından əvvəl doğan anaların südündə isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ, protein, mineral, xlor və dəmir olur.

Həmçinin müəyyən edilmişdir ki, öz analarının südü ilə qidalanan vaxtından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti, gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir.

Belə uşaqlar intelektual testlərdən keçirilərkən bəlli olur ki, onların bir çox üstünlükləri var.

Elmin ana südü ilə bağlı yenicə kəşf etdiyi həqiqətlərdən biri də uşağın ana südü ilə iki il ərzində qidalandırılmasının çox faydalı olmasıdır.

Elmin yeni kəşf etdiyi bu mühüm məsələni Allah bizə «(uşağın süddən) kəsilməsi isə iki il ərzində olur....» ayəsi ilə hələ 14 əsr əvvəl bildirmişdir.


Nərgiz Kazımlı
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031