Nanə yağının faydaları
Mьəllif: admin1
Tarix: 27-04-2017, 10:25

 Mədə ağrılarını azaldır: Yeməklərdən əvvəl bir stəkan suya bir damla nanə yağı əlavə edərək içmək, bağırsaq əzələlərini rahatlaşdırır. Köp kimi həzm çətinlyi problemlərini azaldır. Mədə qıcqırması probleminiz olursa, çayınıza bir damla nanə yağı və bir qaşıq bal əlavə edin. Qarın ağrısı üçün isə bir stəkan suya bir damla nanə əlavə edib için, ya da bir parça zeytun yağına bir neçə damla nanə yağı qoyub, sonra qarın bölgəsini masaj etmək tövsiyə edilir.


Ağız qoxusunu aradan qaldırır: Nanə bir çox ağız və diş baxımı məhsullarının tərkibində mövcuddur. Dilinizin altına bir damla nanə yağı əlavə edib, sonra bir stəkan su ilə ağızınızı yaxalayaraq öz qarqaranızı edə bilərsiniz.


Baş ağrılarına qarşı yaxşı təsir göstərir: Qan dövranını yaxşılaşdıran və əzələləri rahatlaşdıran nanə yağı, gərginlik və miqren tipli baş ağrılarında istifadə edilə bilər. Belə ki, yağı ağrının başlayacağını anladığınızda qicgahlara doğru və saç xətti boyunca masaj edin.


Dəridəki qaşıntıları azaldır: Bir böcək dişləməsi ilə qaşıntı yarandıqda, nanə yağı və lavanda yağı qarışığı istifadə edə bilərsiniz. Həm fərahlıq verir, həm də qaşıntını azaldır.

 

 


deyerler.org


Oxşar xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031