Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Mənəvi huşa malik olmağın evliliyə təsiri - ARAŞDIRMA

Mənəvi huşa malik olmağın evliliyə təsiri - ARAŞDIRMA

Mənəvi huşa malik olmağın evliliyə təsiri - ARAŞDIRMA

(Tebyan saytına istinadən)
O kəs ki, həyatda hədəf təyin edə bilir və həyatın mənasını dərk edir, mənəvi huşa malik olar. Allah Təalaya meyl etmək və həyatın 3 əsl sualına cavab vermək mənəvi huşa malik olmaq deməkdir. Mənəvi huşu iki psixoloq kəşf etmişdir. Bu, elə bir huşdur ki, ondan dəyərli məsələri həll edən zaman istifadə olunar. Mənəvi huş bizim etiqad və inam adlandırdığımız bütün mənəvi zəminələrin bünövrəsini təşkil edir. Haradan gəlmişik, haradayıq və hara gedəcəyik – sualları mənəvi huşa aid suallardır.

Bəs bu mənəvi huş nə işə yarayır?
Bu huş əqli və hissi huşun fəaliyyəti üçün zəruridir. Əslində əqli huş insanın təhsildə müvvəfəq olması üçün bir darvazadır. Lakin o şey ki, onu peşəsində mahir edər – həyəcan huşudur, hiss huşudur. Hissi huş elə bir huşdur ki, mənəvi huşun inkişaf etməsində təsirli ola bilər. Həm hissi və həm də mənəvi huşun bir-biri ilə sıx rabitəsi vardır.
Müştərək həyatda əgər mənəvi huşa malik olsaq, hər bir şeyi olduğu kimi görə bilər və qəbul edə bilərik. Mənəvi huşa malik olan insanlar Allaha inam bəslədikləri üçün nikbin olmağa daha çox meyl edərlər. Çünki Yeganə Xaliqdən agahdırlar. Adi fəaliyyətlərində belə Allaha etiqadın təsiri vardır. Çünki bu insanlar həyatlarını İlahi rəngdə görmək istəyirlər. Bu insan dindar insan deyildir, bəlkə dini və həyatın fəlsəfəsini dərk edir və həyatında ona riayət edirlər. İstər həyat yoldaşı ilə rəftarda olsun, istər müsibətlə üzləşən zaman və ya ailə münaqişələrini həll edən zaman. Bu insanlar stresslə daha rahat üzləşir və onu aradan qaldıra bilirlər. Həyatın çətinlikləri qarşısında çox az məğlub olurlar.
Bu insanlar xeyirxahdırlar, ağıllıdırlar, ürəkyanan, səxavətlidirlər, fədakardılar, şəfqətli və mehribandırlar. Onlar müştərək həyata tez uyğunlaşar və az şikayət edər və bir-birini yaxşı tanıyarlar. Ona görə də evlilikləri davamlı və sevgi üzərində qurular. Psixolqoların nəzərinə görə, o kəslərin ki, mənəvi huşu vardır, onlar həyatda daha şad və daha müvəffəqdirlər.

/Deyerler.org/
Müəllif: Admin | 6-10-2014, 09:13
Baxılıb: 392
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.