Allah niyə bəzən səsimizi eşitmir?
Mьəllif: admin1
Tarix: 17-02-2020, 10:52
Allah niyə bəzən səsimizi eşitmir?
Allah Təala heç bir zaman Onu çağıran bəndəsinə diqqətsizlik etməz. Amma bəzən bizlər duamızın qəbul olmamasından məyus olur və elə bilirik ki, Allah bizlərə qarşı laqeyddir (nəüzübillah!).

İnsan o zaman ki, dünyanın dəyərini bilir və axirətlə müqayisə edir, o zaman çox sayda çətinliklər onun üçün asan olur. Özünüzü o insanlarla müqayisə edin ki, özlərini hər şeyə malik hesab edirlər.

Görəcəksiniz ki, sizin Allaha diqqətiniz onlardan daha çoxdur, deməli Allah sizi onlardan daha çox sevir. Hədislərin buyurduğu kimi, səsinizi eşitmək istəyir, dərəcənizi qaldırmaq istəyir. Allah insana, ata-anadan belə, mehribandır, Ərhəmər-Rahimindir. Allah hər bir kamal sifətinə malikdir və necə ola bilər ki, bəndəsinə qarşı laqeyd olsun?

İnsan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir.

Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır. Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik.

Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir.

Duanın yerinə yetməsi dörd halda olar:

1. Bəzən duanız tez bir zamanda yerinə yetər.

2. Bəzən təxirlə yerinə yetər.

3. Bəzən axirət neməti şəklində verilər.

4. Bəzən də günahların kəffarəsi və bağışlanması olar.

Duanın yerinə yetməsinə bəzi şərtlər lazımdır:

1. Dua edən zaman Allahdan qafil olmamaq və Kimdən istədiyimizə diqqət etmək.

2. Dua edən zaman təvazökar olmaq.

3. Yerinə yetəcəyinə ümidvar olmaq.

4. Allahı yaxşı tanıyaq və Onun qüdrətindən, elmindən və gücündən kifayət qədər məlumatımız olsun.

5. Allaha qarşı hüsnü-zənn etmək.

6. Əməllərimiz gərək pak olsun, o cümlədən malımız və abırımız. Heç kəsə zülm etməyək ki, duanın yerinə yetməsi üçün lazımlı şərait yaransın.

7. Ürəyini Allahdan qeyrisindən təmizləmək və ancaq Ona söykənmək.

8. Yemək istəyən dilənçi kimi əllərinin hər ikisini göyə qaldırmaq, Peyğəmbər (s) bu cür edərdi.

9. Xüsusi zamanlarda dua etmək.

10. Xüsusi məkanlarda dua etmək.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031