Şeytanın bütün səyləri – bizim fikrimizə təsir etməkdir
Müəllif: Admin
Tarix: 20-09-2014, 11:16
Şeytanın bütün səyləri – bizim fikrimizə təsir etməkdir
Fkirlərimiz və zehnimiz - ən mühüm mövzulardandır ki, gərək onlara diqqət edək. Ola bilsin ki, fikirlərimiz qurucu və ümid bəxşedən olsun. Ya da tənbəl və əziyyət verən ki, gücümüzün çox hissəsini hədər versin. Fikir və zehnimiz elə nemətdir ki, onu zahirdə görmək mümkün deyildir. Danışıqlarımız əməllərimizin bir hissəsi hesab olunduğu kimi, fikir və zehnimiz də əməlimizin bir hissini təşkil edir. Başqa sözlə desək, iradəmiz fikir və zehnimizə cəhət verməkdə mühüm rola malikdir. (Tebyan)
Heç indiyə qədər fikirlərinizin müsbət və mənfi tərəflərinə diqqət etmisinizmi? İndiyə qədər öz iradənizlə pis bir fikiri özünüzdən uzaqlaşdıra bilmisinizmi?
Fikirimizə nəzarət edə bilmək gücü insana xüsusi şadlıq və ruh yüksəlikliyi gətirir. Fikri kontrol edə bilmək – təqvanın nişanələrindəndir. Şeytanın bütün səyləri bizim fikrimizə təsir etməkdir. Misal üçün, Allah rahatlıq gətirəndir və Quran buyurur ki, Allah bizim ruzimizi təmin edəndir. Şeytan isə bizi qorxudar və yoxsulluğu vəd edər. Fikirlərimizin üzərində o qədər iş görər ki, nəhayət bizləri ən çirkin işlərə tərəf çəkər. “Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. (“Bəqərə” 268). Bu ayə şeytanla İlahi fikirlərin qarşılaşmasını bəyan edir.
Həqiqətdə bir insanın Allah yolunda qalması üçün lazım olan şey – Allaha ümid bəsləməkdir. Allaha bəslədiyimiz hər bir bədgümanlıq hərəkətlərimizin xarab olmasına səbəb olar.
Pis gümanlar qara ləkə ilə başlayar ki, bizim özümüz onu böyüdərik. Bu ləkələr ürəyimizə nüfuz edər, ancaq biz dini həqiqətləri aqil yolla araşdırmaq yerinə, sırf hisslərimizlə onu böyüdərik.
Allah Təala Quranda dəfələrlə buyurmuşdur ki, insanların gümanlarının Onun üçün heç bir dəyəri yoxdur. Baxmayaraq ki, biz onu yəqin hesab etsək belə. Allahın nəzərində isə həqiqətin yerini almaz. “Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz”. (“Nəcm” 28).
Bu ayədən və buna bənzər ayələrdən belə nəticəyə gəlmək olur ki, Allah üçün mühüm olan elmdir, zənn deyil. Hətta əgər bir şeyə çox meylimiz olsa, ancaq zənn səviyyəsində olsa, Allah üçün dəyəri olmaz. Allah pis gümanları həmişə məzəmmət etmiş və insana yaraşdırmamışdır. Çünki Allah Təala insanı çox yaxşı tanıyır və bu ayədə buyurur: “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. (“Hucurat” 12).
“(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz”. (“Fəth” 12).
Bu cür mənfi fikirlər həmin insanları Peyğəmbərdən (s) uzaqlaşdırdı və beyətdən məhrum oldular.
Bütün bu nalayiq gümanların kökündə Allaha pis güman bəsləmək durur. İmam Əli (ə) buyurur: “Qorxu, simiclik, hərislik kimi müxtəlif bəyənilməyən sifətlərdir ki, onların hamısı Allaha sui-zəndə cəm olmuşdur”.
Ona görə də bacardığımız qədər pis gümanları və fikirləri zehimizdən uzaqlaşdıraq. Cismimizi qoruduğumuz kimi, fikirlərimizi də qoruyaq. Həzrət Peyğəmbər (s) bundan çıxış yolunu baş verən hadisələr haqqında pis nəzərlər yürütməməkdə göstərir. Və yaxşı nəzərlər yürütməyi də unutmayaq.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031