Kimlər kafir halda ölər?
Mьəllif: admin1
Tarix: 2-03-2022, 22:31
Kimlər kafir halda ölər?
Kafir halda ölmək insanı İlahi rəhmətdən məhrum edər. Böyük insanların arzularından və dualarından biri də müsəlman ölmək olmuşdur.

Belə ki, Həzrət Yusif (ə) Allaha buyurur: «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).

Həzrət İbrahim (ə) və Həzrət Yəqub (ə) övladlarına buyurur: “İbrahim və Yəqub oğlanlarına öz dinlərini tövsiyə etdilər (və hər biri öz vəsiyyətində dedi) ki: «Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!»”. (“Bəqərə” 132).

Lakin bəzi ayələrdə oxuyuruq: “Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. (“Bəqərə” 161).

Bu ayədən göründüyü kimi hər kim bu dünyadan kafir gedər, Allahın və mələklərin lənətinə düçar olar. Onlar ağır əzabla cəzalandırılarlar. Bəs bu insanlar kimlərdir?

Bəli, bu insanlar şirk əhlidirlər və onlar Allahla düşmən halda ölərlər. Onlar üçün nicat yolu olmaz. Biz bu dünyada axirətimiz üçün azuqə toplayarıq, çünki axirətdə bizə ancaq onlar yardım edə biləcəkdir.

Lakin o kəslər ki, dünyada Allaha şərik qoşublar və Allahın düşməni olublar - onlar axirətə atəşdən başqa bir şey apara bilməzlər. İnsan nə qazanırsa, bu dünyada qazanır, axirətdə səy və çalışmaq qapıları bağlanar. Biz öz əməllərimizlə yalnız qalarıq.

Bu mövzu ona bənzəyir ki, insan bir anlıq həvəs üçün gözünü əldən verər və ömrünün sonuna qədər kor qalar. Bu işi elmlə və bilərəkdən edər. Kafirlərin də axirəti belədir. Onlar etdikləri işi elm və agahlıqla edərlər. Yəni, elmləri olduğu halda Allahla düşmən olarlar, küfr edərlər.

Axirətdə təkcə kafirlər lənətlənməz, onların dostları da lənətlənər. “(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər”. (“Əraf” 38).

Beləliklə, deyə bilərik ki, kafir ölmək insanı İlahi rəhmətdən uzaqlaşdırar. Mühüm olan insanın necə ölməsidir – imanla, yoxsa imansız. İnsan öz küfrünü ancaq dünyada azalda və ya təxirə sala bilər. Axirətdə belə bir cəhdi olmayacaqdır. Küfrünü nə azalda biləcəkdir, nə də təxirə sala biləcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930