Cinlər haqqında nələri bilirik?
Mьəllif: admin1
Tarix: 28-10-2022, 22:42
Cinlər haqqında nələri bilirik?
“Və Cannı (şeytanların atası olan birinci İblisi) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq”. (“Hicr” 27).

“Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).

Cinlər də insanlar kimi ruh və bədənə malikdirlər. Şüura, iradəyə malikdirlər. Bəziləri kişi və bəziləri də qadındır.

Onlar da mükəlləfdirlər. Onlar da insanlar kimi ölür və doğulurlar. İmanlı və kafir olurlar. Mömin cinlərdən Məsum İmamların (ə) xidmətində olmuşları var.

Cinlər də insanlar kimi mükəlləf olduqları üçün ibadət edir və onların da peyğəmbələri olmuşdur. Quranın nəzərinə görə cinlər:

1. Atəşdən xəlq olunublar. (“Hicr” 27 və “Rəhman” 15).

2. Elmə, hikmətə batili haqdan ayırmaq qüvvəsinə malikdirlər. (“Cin” surəsi).

3. Mükəlləfdirlər və məsuliyyətləri vardır. (“Cin” surəsi).

4. Bir dəstəsi mömin və bir dəstəsi isə kafirdirlər. (“Cin” və “Rəhman” surəsi).

5. Onların da Qiyaməti vardır. (“Cin” 15).

6. Səmaya nüfuz edə bilir və xəbərləri ala bilrilər. (“Cin” 9).

7. Bəzi insanlarla rabitə qururlar. "İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar". (“Cin” 6).

8. Onların bəzisi başqalarından daha alim və daha biliklidirlər, insanlarda olduğu kimi. (“Nəml” 39).

9. Onlar insanlardan qabaq xəlq edilmişdilər. (“Hicr” 27).

10. İnsanın məqamı onlardan daha üstündür. Ona görə də Allah İblisə səcdə etməyi əmr etmişdi. (“Kəhf” 50).

Beləliklə deyə bilərik ki, cinlər mövcuddur və onlar da insanlar kimi ruha və bədənə malikdirlər. Onlar da mömin və kafir olurlar.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031