Bütün təşəkkürlər Allaha qayıdır
Mьəllif: admin1
Tarix: 1-06-2023, 10:32
Bütün təşəkkürlər Allaha qayıdır
İnsan çox zaman Allaha və ətrafdakılarına təşəkkür etmək yerinə naşükülük edir və gileylənir.

Bir nəfər evinə gələn zaman bir yemiş alır və həyat yoldaşına verir. Həyat yoldaşı yemişi kəsir və dadı xoşuna gəlmir. Gileylənməyə başlayır. Əri mülayim səslə deyir:

“Bütün bu kobudluq kimə görədir? Alıcı üçündür, yoxsa satıcı? Əgər satıcıya görədirsə, o, bilərəkdən heç kimə pis meyvə verməz. Çünki bilir ki, həmin müştəri bir daha onun mağazasına gəlməz. Əgər mənə deyirsənsə, mən əgər onun dadının pis oludğunu bilsəydim, almazdım. Əgər əkinçiyə deyirsənsə, o, da pis toxumu əkmək istəməzdi. Əgər Xaliqə deyirsənsə, tövbə et, nüşükürlük etmə”.

Həyat yoldaşı etdiyi hərəkətdən xəcalət çəkir və üzr istəyir.

Bəzi gileylərimiz öz əməl və danışığımızda baş verir. Ancaq onun səhv olduğundan qafil oluruq. Çox zaman Allaha şükür etmək yerinə naşükürlük və giley edirik.

Şükür - nemətə görə təşəkkür etməkdir. O kəs ki, Allaha şükür edər, onun haqqını verməyə çalışar. Onun əksi isə küfrdür. Nemətə üsyan etməkdir. Şükrün üç növü vardır: qəlb şükrü - bu, neməti yada salmaqdır.

Dil şükrü: nemət qarşısında dildə təşəkkür etməkdir. Başqa bədən üzvlərin şükrü: qüdrəti çatdığı qədər nemətin mükafatını verməkdir.

Şükür ya Xaliq üçün olar, ya da məxluq. O insan ki, İlahi nemətlər qarşısında şükür edir, onun haqqını verməyə çalışır. Məxluqa təşəkkür etmək də bu şükrün bir parçasıdır. Həyat yoldaşına, dostlarına, qonşularına, valideynlərinə təşəkkür etmək - əslində Xaliqə təşəkkür etməkdir.

Yuxarıdakı gətirdiyimiz misalda da bunu görmək olar. Bu haqda İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır ki, hər kim sizə ehsan etsə, ona təşəkkür edin. Nə zaman nemətə şükür etsəniz, o, aradan getməz. Əgər nemətə küfr etsən, əldən gedər. Şükür, neməti artırar”.

Nemətin şükrünün əlaməti budur ki, heç kim Allaha itaətszilik etməsin. İnsanların bir çoxu ancaq onlara yeyəcək və ya geyəcək verəndə təşəkkür edirlər. Ancaq Allahın ona verdiyi hər bir nemətə görə şükür etməz. Ona görə də şakir o insandır ki, hər bir halda həyatın ona gətirdiyi sürprizlərə hazır olmalı və razı olmalıdır.

Hədislərdə oxuyuruq ki, İdrisin göyə qaldırılmasının səbəbi bu idi ki, mələklər ona əməllərinin qəbul olmasını və günahlarının bağışlanılmasını müjdə vermişdilər.

O, da arzu etmişdi ki, sağ qalsın. Mələk ondan soruşur: “Həyatı nə üçün arzulayırsan?”

Deyir: “Ona görə ki, Haqqın şükrünü yerinə yetirəm. Həyatda olan zaman dua etdim ki, əməllərim qəbul olsun. İndi məqsədimə nail olmuşam. İstəyirəm ki, Allahın şükrünü yerinə yetirəm. Həmin mələk qanadlarını çalır və onu götürüb, səmaya qalxır”.

İmam Rza (ə) buyurur: “Allahdan qorxun, təvazökar olun. Allahın şükrünü yerinə yetirin”. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, şakir olar, Allah onun istədiyini artırar”.

İmam Əli (ə) buyurur: “Yaxşı əməl sahiblərinin yaxşı iş görmək üçün ehtiyacları ehtiyac sahibinin ehtiyacından daha çoxdur. Çünki savab, iftixar və yaxşı ad onun üçün olacaqdır. O zaman ki, bir insan yaxşı əməl görər, ilk növbədə özü üçün edər. Ona görə də özünün mənfəəti üçün gördüyü işə görə başqalarından təşəkkür gözləməsin”.

Bu məsələyə diqqət edək! İmam (ə) bu nurani kəlamları ilə necə insanı yaxşı iş görməyə təşviq edir və necə onu bir tərəfdən ixlasın ən uca həddinə qaldırır, o biri tərəfdən isə başqalarına minnət qoymaqdan çəkindirir. Üçüncü tərəfdən isə gördüyü bu işin böyük savab olduğunu vurğulayır.

Diqqətlə baxsaq, görərik ki, İmam (ə) bu sözləri ilə necə saleh və fəal bir insan tərbiyə edir. İnsan öz xidmətini digər insanlara təqdim edir və özünü bu işi görməyə daha çox ehtiyaclı hiss edir. Ruh təharətində elə bir yerə çatır ki, başqalarının təşəkkürünə ehtiyac duymur. Başqalarına yaxşılıq etmək onun özünə yaxşılıq etmək imiş.

Əgər hamımız bu əqidədə olsaq, həyatda başqalarından gözləntilərimiz daha az olar və insanlar üçün gördüyümüz işə görə təşəkkür ümidində olmarıq. Nəhayətdə faydalı çıxan biz olarıq.


(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031