Səxavətli olmağın insan həyatına təsiri
Mьəllif: admin1
Tarix: 15-05-2022, 11:32
Səxavətli olmağın insan həyatına təsiri
Həzrət Əli (ə) buyurur: "Səxavət odur ki, sən başlayasan, çünki o şey ki, xahişlə verilər ya xəcalətə görədir, ya da söz eşitmək qorxusuna görədir ki, bəyənilmir”.

Bəzi xəstələr vardır ki, dərmanın yaxşı təsirini hiss edərək, onu əldə etmək üçün uzun yolu qət etməyə razı olurlar. Biz də səxavət dərmanımızın ardınca düşək və onu əldə etməyə çalışaq.

Səxavətin təsiri.

1. Səxavət Allahın kamal sifətlərindən biridir.

2. Səxavət İlahi peyğəmbərlərin (ə) əxlaqındandır.

3. Səxavət dinin möhkəm sütunudur.

4. Səxavət yəqin nurunun şüasıdır. Yəni, səxavətin yaranma amillərindən biri də yəqindir.

5. Səxavətli insan öz malını başqalarına gözüyumulu infaq edər, ancaq başqalarının malına təqva ilə yanaşar. Onların icazəsi olmadan malına toxunmaz.

6. Səxavət bütün İlahi Övliyaların fitrətində gizlənmişdir. Elə bir İlahi Vəli yoxdur ki, paxıl olsun.

7. Səxavət iki səadətdən biridir. Yəni insanın həyatda iki səadəti vardır. Biri mal-dövlətdir və o birisi də səxavətdir ki, o malı başqalarına infaq edəsən.

8. Nemətə ən böyük şükür - neməti bəxşiş etməkdir. Bu, Allaha əməli təşəkkür etməkdir. Çünki nemətə şükür etmək onları yaxşı işlərdə istifadə etməkdir. Maldan ən yaxşı istifadə yolu - başqalarına bəxş etməkdir.

9. Səxavətli insan mövcud olan hər şeydən bəxşiş edər. Qonaq qarşılayanda da belə olur, evdə nə yaxşı şey var, qonağın qarşısına qoyursan. Bir nəfər Əmirəl-möminini (ə) israrla evinə dəvət edir.

İmam (ə) ona buyurur: "Bir şərtlə bu dəvətini qəbul edirəm ki, evində olan hər şeyi məndən əsirgəməyəsən. Evində olmayan şeyə görə də özünü zəhmətə salmayasan”.

10. Səxavətli insan infaqını öz əhlinə çatdırar. Bu, ən yaxşı bəxşişdir. Bu, həyat yoldaşının haqqı da ola bilər, övladlarının da, qohumlarının da, qonşularının da haqqı ola bilər.

11. Yoxsulluq səxavətli insanı səxavətdən saxlamaz.

12. Səxavətli insan bütün səylərini bəxşiş edər.

13. Səxavətli insan o kəslərə infaq edər ki, onu tanımırlar və ya ona heç bir ümidləri yoxdur. Əhli-beytin (ə) həccə gedən zaman tanış olmayan bir karavana qoşulmaları kimi. Çünki onları heç kim tanımırdı və onlar zəvvarlara rahat xidmət edə bilirdilər.

14. Ən yaxşı ehsan - qiyabi ehsandır. İnsan başqasının vasitəsilə ehsan etsin. Bəzən insanın infaq üçün malı olmur, bu zaman o dua etməklə öz səxavətini göstərə bilər. Məsələn, xəstəxanın qarşısından keçir və orada tanımadığı bir xəstəni görür və ona dua etməyə başlayır. Sanki, öz yaxın xəstəsidir.

15. O kəs ki, səxavətli deyildir, ölümü həyatından daha yaxşıdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930