"Ruhanilik İmam Zaman (ə.f) sisteminə üzvlüyün simvoludur"
Mьəllif: admin1
Tarix: 30-09-2018, 20:39
"Ruhanilik İmam Zaman (ə.f) sisteminə üzvlüyün simvoludur"
"İmam Xomeyni" adına elmi, tətqiqat müəssisəsinin sədri Ayətullah Misbah Yəzdi ruhaniliyin dəyərindən danışıb.

O ruhanilərin ixlaslı olmalarının vacibliyinə işarə edərək deyib: "Xalis niyyət və vəzifəyə uyğun rəftar etmək bu libası geyməyin şərtləridir. Əgər insan o həzrətə xidmət paltarını geyinmək istərsə, ruhanilik libasını xalis niyyət ilə geyinməlidir."

Daha sonra Ayətullah Misbah Yəzdi deyib: "Ruhanilik libası geyinmək istəyənlər ilk öncə İmam Zaman (ə.f) sisteminə xidmət üçün lazımi hazırlığa malik olmalıdırlar. Bu hazırlığa malik olduqdan sonra da elə rəftar etməlidirlər ki, Allah və İmam Zamanın (ə.f) razılığını cəlb etmiş olsunlar. Tələbəliyin bütün şərtlərinə əməl etmək isə, əsas şərtlərdəndir".

Böyük alim tələbələrin maddi ehtiyyacları üçün Allaha təvəkkül və İmam Zamana təvəssül etməli olmasını bildirərək deyib: "Tələbələr Əhli-Beytin (ə) yolundan yayınmayacağı barədə üzərinə öhdəlik götürür. Əgər səmimi formada bu niyyətə malik olarsa, onların nəfəs almaları belə ibadət sayılacaq."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930