2 müsəlman bir-biri ilə 3 gün küsülü qalarsa, hər ikisi İslamdan xaric olmuş olarlar
Mьəllif: admin1
Tarix: 24-06-2022, 12:19
2 müsəlman bir-biri ilə 3 gün küsülü qalarsa, hər ikisi İslamdan xaric olmuş olarlar
İmam Sadiq (ə) buyurur: “Küsməkdə heç bir xeyir yoxdur”.

Məfəzzəl İmam Sadiqdən (ə) nəql edir ki, Həzrətdən (ə) eşitmişəm ki, buyurub: “İki nəfər bir-biri ilə küsərək ayrılarsa, onlardan biri bəraət və ya lənətə layiqdir”.

Mötəb Həzrətdən (ə) soruşur: “Bəs məzlumun təqsiri nədir?”. Buyurur: “Çünki o da qardaşını sülhə dəvət etməmişdir. Onun sözlərini görməməzliyə vurmamışdır.

Atamdan eşitmişəm ki, buyurub: “İki nəfər bir-biri ilə dava edərsə, biri o birisinə qalib gələrsə, gərək məzlum zalım rəfiqinin yanına getsin və ona desin: “Ey qardaşım, mən zalımam”.

Bu zaman küsülük aralarından gedər. Həqiqətən, Allah adildir. Məzlumun haqqını zalımdan alar. Peyğəmbər (s) buyurur: “Nə zaman iki müsəlman bir-birindən küsərək ayrılarsa, üç gün o halda qalaraq barışmazlarsa, hər ikisi İslamdan xaric olmuş olarlar. Onların arasında din dostluğu qalmaz. Onlardan hər biri barışmaq üçün o birisini qabaqlayarsa, Qiyamət günü hamıdan qabaq behiştə gedər”.

İmam Sadiq (ə) buyurur: “İki müsəlman bir-biri ilə küsən zaman, İblis sevinər. Barışan zaman isə dizləri titrəyər və fəryad çəkər: Vay olsun mənə!””.

Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir müsəlmana caiz deyildir ki, din qardaşı ilə üç gündən çox küssün. Ona görə də əgər çarəsiz ayrılarsa, gərək üç gündən çox qardaşından uzaq olmasın. Hər kim üç gündən artıq din qardaşından uzaq olarsa, atəş ona layiqdir”.

İmam Sadiq (ə) buyurur: “O mömin ki, üç gündən artıq küsərsə, mən hər ikisindən bezaram”.

Həzrətdən soruşurlar ki, “bəs məzlumun təqsiri nədir?”.

Buyurur: “Niyə zalımın yanına gedib demir ki, mən təqsirkaram. Bu yolla sülh bağlasınlar”.

Həmad nəql edir: “İmam Sadiqdən (ə) Loğman və hikməti haqqında sual verirlər, İmam (ə) buyurur: “Allaha and olsun ki, irq üstünlüyünə, çox mala, bədən gücünə və gözəlliyə görə Loğmana hikmət verilməmişdir.

Bəlkə o, Allahın işində möhkəm idi. İki nəfər bir-biri ilə dava edərdisə, heç bir zaman onları barışdırmamış keçib getməzdi. Məgər o halda ki, hər ikisi bir-birinin sevimlisi olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim barışmaq üçün addım atarsa, Allahın mələkləri ona salam göndərər. Qədr gecəsinin savabı ona verilər. Hər kim iki nəfərin rabitəsini kəsmək üçün addım atarsa, günahı hər iki nəfərin arasını islah edənin savabı qədərdir. Allahın lənəti ona yazılmış olar. Cəhənnəmə daxil olar və əzabı ikiqat olar”.

İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: “İki nəfəri barışdırmağı iki dinar sədəqə verməkdən daha xoş bilirəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların arasında barış yaratmaq bir il namaz və orucdan üstündür”.

İki müsəlmanın bir-birindən küsməsi kin, düşmənçilik, həsəd gətirər. Bunun özü bir ruhi xəstəlikdir ki, müalicə olunmalıdır.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031