Qohumlara kömək etmək önəmlidir, yoxsa başqalarına?
Mьəllif: admin1
Tarix: 28-02-2021, 10:59
Qohumlara kömək etmək önəmlidir, yoxsa başqalarına?

Yoxsul qohumlara maddi yardım etmək başqalarına yardım etməkdən daha dəyərlidir. İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: “O kəsdən başla ki, onun xərcini sən verirsən: anan, atan, bacın, qardaşın. Sonra hər kim daha yaxındırsa. Sədəqə o zaman qəbul olmur ki, qohumlarından biri möhtac və kasıb olsun”.

İmam Sadiqdən (ə) soruşurlar: “Evin qapısına gələn insanlara sədəqə vermək yaxşıdır, yoxsa qohumlara?”.

Həzrət buyurur: “Yox, yaxşısı budur ki, sədəqəni qohumların üçün göndərəsən. Onun əcr və mükafatı daha çoxdur”.

Hətta əgər insanın yaxın qohumları səninlə düşmənçilik edərsə, onlara yardım etməyin lazımdır. İmam Sadiqdən (ə) nəql edirılir ki, buyurub:

“Peyğəmbərdən (s) sual olunur ki, sədəqənin hansı növü daha çox savaba malikdir? Həzrət Peyğəmbər (s) buyurur: “Kinini qəlbində saxlayan qohuma sədəqə vermək”.

Əlbəttə, bu, o zaman olur ki, qohumlarının içində yoxsul insanlar olar. Ancaq əgər qohumların arasında ehtiyacı olanı yoxdursa, başqalarına sədəqə verə bilərsən.

Hər kəs öz qohumlarını başqalarından yaxşı tanıyır. Yəni, ehtiyacı olub-olmayanı insan öz müəyyən edə bilər. Əgər belə bir mədəniyyət insanlar arasında yayılarsa, cəmiyyətdə ehtiyacı olanların sayı azalar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim din qardaşına kömək etmək üçün hərəkət edərsə, Allah yolunda cihad edənlərin savabına çatar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allah rizası üçün müsəlman qardaşının ehtiyacını aradan qaldırmağa çalışarsa, Allah ona minlərlə həsənə yazar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim mömin müsəlmanın ehtiyacını aradan qaldırmağın ardınca olar, o zamana qədər ki, onun ehtiyacının fikrində olar, Allah da onun ehtiyacının ardınca olar”.

İmam Sadiq (ə) buyurur: “Əgər mömin qardaş öz ehtiyacını başqa bir möminə desə və o, da həmin möminin ehtiyacını özü və ya başqasının vasitəsilə aradan qaldıra bilərsə, ancaq bunu etməzsə, Allah Qiyamət günü onu əlləri boynuna bağlanmış halda məhşur edər. Bəndələrinin hesabına baxana qədər onu bu halda saxlayar”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031