Həzrət Davudun (ə) behiştdəki yoldaşının məqamı
Mьəllif: admin1
Tarix: 30-05-2022, 11:51
Həzrət Davudun (ə) behiştdəki yoldaşının məqamı
Həzrət Davud (ə) Allaha buyurur: "Mənim behiştdəki həmdəmim və yoldaşım kimdir?”. Davuda xitab olunur: "Sənin behiştdəki yoldaşın evdar bir qadındır”.

Həzrət Davudun (ə) təəccübü səbəb olur ki, o, həmin qadının evinə getsin və qapını döysün. Qadın qapıya gəlir və Davudu görür və ona deyir: "Mənim haqqımda vəhy gəlmişdir ki, mənim evimə gəlmisən?”.

Həzrət Davud (ə) buyurur: "Bəli”.

Qadın deyir: "O, nədir?”.

Həzrət Davud (ə) deyir: "Bu, sənin fəzilətin haqqında olan İlahi vəhydir”.

Qadın deyir: "O, mən deyiləm. Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Məndə onun ləyaqəti yoxdur”.

Davud deyir: "O qadın sənsən”.

Qadın deyir: "Allaha and olsun ki, o iş ki, məni bu məqama çatdırmışdır, özümdən deyildir”.

Davud deyir: "Mənə həyatından bir az danış”.

Qadın deyir: "Mənə çatan hər bir dərd və ziyana görə səbir edirəm. Səbir edib, hətta Allahdan onu aradan qaldırmasını istəməmişəm.

Səbrim üçün mükafat istəməmişəm. Daima Allaha şükür edərəm. Mən Allahın rizasına razıyam. Allahdan heç bir zaman narazı olmamışam”.

Həzrət (ə) buyurur: "Ona görə də bu məqama çatmısan”.

Malikiyyət Allaha aiddir. Əgər Allahın iradəsinə təslim olsaq, Onu sevgi ilə çağırsaq, O, bizim üçün ən yaxşılarını hazır edəcəkdir. Biz gərək Allaha həm rifahda və həm də çətinlikdə dua edək. Onun rizasına razı olaq.

İmam Əli (ə) buyurur: "Allah yanında ən sevimli əməl - duadır”.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031