Ayətullah Əmini: "Bu halda nəfs nəzarətdən çıxar və insan hər günaha batar"
Mьəllif: admin1
Tarix: 24-04-2020, 23:51
Ayətullah Əmini: "Bu halda nəfs nəzarətdən çıxar və insan hər günaha batar"
Ayətullah İbrahim Əmini eqoizm (lat. ego - mən) barədə:

"Əxlaq alimləri eqoizmi bütün fəsadların kökü və qaynağı olaraq xarakterizə ediblər.

Bütün günahların və rəzilliklərin səbəbi nöqtəsi eqoizmdir. Bu səbəbdən eqoizmlə mübarizə aparılmalıdır.

İlk olaraq eqoizm nədir, onun qavramalıyıq. Bunu unutmamaq lazımdır ki, hər varlığın zat və sifətlərində özünü sevmək, gözəllikləri özünə tərəf çəkmək var. Bu yöndən baxıldıqda eqoizm mənfi deyil.

İnsan daxilində iki "mən" var: insani olan mən və heyvani olan mən.

İnsani olan "mən" ilahidir və dəyərlidir. Zira qaynağı mələkut aləmindəndir və insanı çatdıra biləcəyi nöqtə "Allahın xəlifəsi olmaq" məqamıdır.

Burda elm, qüdrət, rəhmət, lütfkarlıq və insani keyfiyyətlər var. Bu mənada özünü tanıyan insan, vücud iqlimindəki dəyərləri tanıyan və qoruyandır.

Belə bir insan sahib olduğu dəyərləri heç bir maddiyyata dəyişməz. Bu eqoizm deyildir, insanı kamala aparan qüdrətdir.

Bütün fəsadların qaynağı olan eqoizm isə heyvani "mən"likdir. Heyvani istək və instinklər də varlığımızın bir parçasıdır, təbiidir.

Lakin bu istəklər nəfsi əmmarənin (Nəfsi-əmmarənin mənası - pisliyə əmr edən nəfs - belə olan təqdirdə heyvani meyllər insana hakim olur) iradəsinə verilməməlidir.

Bu halda nəfs nəzarətdən çıxar və hər cür gunaha bata bilər. Heyvani istəklər ağlın iradəsinə tabe edildikdə məqbul bir insan olarıq. İstəklərimizi ancaq ağıl və ağıl sahiblərinin uyğun gördüyü xüsusiyyətdə təmin edərik.

Bu istəklərimizin qanuni təmin edilməsi kamillik yolumuzda bizə əngəl olmaz. Əksinə böyük bir dəstək olar."

islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031