Muhərrəm ayının ikinci günündə nə baş verib?
Mьəllif: admin1
Tarix: 23-09-2017, 10:30
Muhərrəm ayının ikinci günündə nə baş verib?
"İlahi! Biz sənin peyğəmbərin olan Məhəmmədin ailəsiyik"

İkinci gün İmam Hüseyn (ə) Kərbəlaya daxil olduqdan sonra, səhabələrinə xitabən buyurur: “İnsanlar dünyanın bəndələridirlər və dini yemək kimi hesab edirlər. Onu dadlı olduğu zamana qədər saxlayırlar, lakin elə ki, dadı dəyişdi və növbə imtahanlara yetişdi dindarların sayı azalar.”

Sonra İmam öz əhli-beytini ətrafına yığıb buyurur: “İlahi! Biz sənin peyğəmbərin olan Məhəmmədin ailəsiyik. Bəni-Üməyyə bizi cəddimizin hərəmindən qovdu və bizə zülm etdi. İlahi bizim haqqımızı onlardan al və bizi onlara qalib edənlərdən qərar ver.”

İmam Əlinin (ə) qızı Ümmü-Gülsüm qardaşına deyir: “Ey qardaş! Bu səhrada qəribə hala sahibəm və qorxulu hüzün mənim qəlbimə kölgə salıb.” Bunu eşidən İmam bacısına təsəlli verməyə başlayır. Bu gün həmçinin imam Kufə əhlinə məktub yazaraq Qeyd ibni Mushərə verərək onu ünvanına çatdırmağı istəyir. Lakin o Bəni-Üməyyə əsgərləri tərəfindən yolda saxlanaraq şəhid edilir.

Bu xəbər imama yetişən zaman ağlayaraq buyurur: “Bizi və bizim şiələri öz uca yerində qərar ver və bizi öz rəhmətində yerləşdir. Sən hər bir işə qadirsən.”

islamazeri.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031