Abidin Zülqərneynə cavabı: “Mənim kimi aciz olan bir şəxsə söykənə bilmərəm”
Müəllif: Admin
Tarix: 17-04-2014, 02:48
Bölmə: Məqalələr » Maarif
Abidin Zülqərneynə cavabı: “Mənim kimi aciz olan bir şəxsə söykənə bilmərəm”


Deyerler.org: Zulqərneyn böyük bir ordu ilə bir səhralıqdan keçirdi. Bir qoca kişini görürlər ki, yolda namaz qılırdı. Bu qoca Zulqərneynin əzəmətinə diqqət etmirdi. Buna görə Zulqərneyn çox təəccüblənir. Namazı bitəndən sonra ona deyir: “Mənim böyük ordumu görəndən sonra necə heyrətə gəlmədim və halında bir dəyişiklik olmadı?”.

Kişi dedi: “Elə bir Kəslə münacat edirdim ki, ordusu sonsuz idi. Qorxurdum ki, fikrim Ondan ayrılsın və sənə diqqət edim. Bu yolla da Onun inayətindən məhrum olum. Bir daha duamı qəbul etməz”.
Zulqərneyn dedi: “Əgər mənimlə gəlsən, bütün istəklərini yerinə yetirərəm”.
Kişi dedi: “Səninlə bir yerdə olmağa hazıram. Bir şərtlə ki, mənim üçün dörd şeyi zəmanət qoyasan.
1. Bir sağlamlıq istəyirəm ki, heç bir xəstəlik onu zədələməsin.
2. Elə bir nemət istəyirəm ki, məhv olmasın.
3. Cavanlıq və qüdrət istəyirəm ki, orada qocalıq və süstlük olmasın.
4. Elə bir həyat istəyirəm ki, orada ölüm olmasın”.
Zulqərneyn dedi: “Məni bu şeylərə heç vaxt qüdrətim çatmaz”.
Abid dedi: “Ona görə də mən bütün qüdrətin Onun əlində olduğu üçün Ondan əl çəkmirəm. Mənim kimi aciz olan bir şəxsə söykənə bilmərəm”.
Bəli, həyatın bütün qüdrəti Onun əlindədir. Bu, qətiyyən düz deyildir ki, bu haqqı əsl sahibindən alıb, möhtac birinə təvəssül edək. Həqiqi tövhid bunu tələb edir ki, bütün varlıq aləminin səbəbkarı ancaq Odur, hər xeyir və kəramət də Ondadır. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər