Borc alıb qurban kəsmək olarmı?
Mьəllif: admin1
Tarix: 9-07-2022, 22:52
Borc alıb qurban kəsmək olarmı?


Borc alıb qurban kəsmək olarmı?

Vasif Məftullayev: “Deyilənləri nəzərə alaraq əlində pul olmadığı üçün savab əməldən geridə qalmaq istəməyən şəxs, borc edib qurban kəsə bilər”

“Bayram namazı gün çıxandan sonra qılınır. Ən fəzilətli olanı budur ki, bayram namazı gün çıxandan bir qədər keçən kimi qılınsın.”

Bu sözləri FaktXeber.com-a ilahiyyatçı alim Vasif Məftullayev müqəddəs Qurban bayramının ayinləri ilə bağlı açıqlama verərkən qeyd edib. Müsahib bildirdi ki, qurban kəsmək bizlərə müstəhəb bir əməl kimi tövsiyə olunub:

“Yaxşı olardı ki, qurban əti daha çox fəqirlərə paylanılsın. Lakin bəzi vaxtlar qurban kəsilərkən ət verilən şəxslərin maddi imkanları nəzər alınmır ki, doğrudan da onların maddi imkanları aşağıdır yoxsa yox.

Əksəriyyəti elə paylayaraq tez başından eləmək istəyir. Yaxşı olardı ki, maddi cəhətdən özlərini zəhmətə salanlar, bir qədər də zəhmət çəkib öz yaşadığı məntəqəni gəzsinlər daha ehtiyaclı insanları tapsınlar.”

Borc alıb qurban kəsmək məsələsinə də aydınlıq gətirən ilahiyyatçı alim bildirdi ki, belə bir iş görmək istəyən şəxs borcunun qaytara biləcəyi ilə bağlı əmin olsa və onun borca girməsi ilə əlaqədar özü və ailəsi zəhmətə düşməyəcəksə borc alıb qurban kəsə bilər: “Deyilənləri nəzərə alaraq əlində pul olmadığı üçün savab əməldən geridə qalmaq istəməyən şəxs, borc edib qurban kəsə bilər.”

Başqa günlərdə nəzər edilən qurbanın bayram günündə kəsilməyinin problem olmadığını bildirən Vasif Müftullayev, “sadəcə qurban kəsilərkən niyyət olunmalıdır ki, nəzir etdiyi qurbanı kəsir. Çünki nəzir qurbanı ilə el dilində deyilən İsmayıl qurbanı fərqlidir ”, - deyə qeyd etdi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930