Bunları yesəniz, qəmə düçar olmazsınız
Mьəllif: admin1
Tarix: 10-06-2020, 22:15
Bunları yesəniz, qəmə düçar olmazsınız
Yediyimiz yeməklərin bizim əhval-ruhiyyəmizə təsiri böyükdür. Əgər hər gün eyni cür yeməklər yeyirsinizsə, təəccüblü deyildir ki, hövsələsiz və qəmgin olarsınız.

Buna görə də günün mənfi hisslərindən azad olmaq istəyirsinizsə, yemək proqramınızı zənginləşdirin.

Ciyər və ürək

Bəzi insanlar heyvanın daxili orqanlarını və ya baş-ayağını yeməkdən çəkinir. Ancaq bilmək lazımdır ki, bu qidaların tərkibində vitamin B12 vardır.

Tədqiqatlar göstərir ki, bədəndə bu vitaminin azlığı olan zaman insanlar depressiyaya daha çox düşür.

Bəzən kababçıya gedib ciyər və ürək kababı yemək faydalı olar. Əhvalınızın necə dəyişdiyini hiss edəcəksiniz.

Göbələk

Göbələk sevimli formaya malik olan tərəvəzdir ki, tərkibində selnium vardır. Əgər bədəndə bu maddə çatışmazlığı olarsa, insanı qəm dənizinə atar.

Əgər D vitamini mənbəyi olan ərzaq axtarırsınızsa, onda göbələk yeyin. Tədqiqatlar göstərir ki, əgər bədəniniz D vitamini ilə dolu olarsa, fəsil depresiyasına az düçar olarsınız.

Əgər göbələyin tərkibində olan D vitaminini artırmaq istəyirsinizsə, onu 5 dəqiqə günəş şüası altında saxlayın.

Zəfəran

Bu qiymətli ədviyyat yeməyin ətrini gözəlləşdirdiyi kimi əhvalınızı da yaxşılaşdırar. Zəfəran elə bir ədviyyatdır ki, qocalmağın qarşısını alar.

Əgər zəfəranı iyləsəniz, görəcəksiniz ki, üzünüzdə təbəssüm yaranır. Qədim həkimlər xəstələrinin əhval-ruhiyyəsini qaldırmaq üçün onlara zəfəran çayı və ya zəfəranlı düyü yedizdirərdilər.

Omlet

Səhər yeməyində omlet yeməklə əhval-ruhiyyənizi qaldıra bilərsiniz. Məsləhət görülür ki, ona bir qədər göbələk də əlavə edəsiniz. Yumurta sarısının tərkibində B vitamini vardır.

Bu vitamin depressiyanın əlamətlərini aradan qaldırır. B vitanin ailəsi beyin heceyrələri üçün zəruri olan vitaminlərdir.

Bu vitamin deposu dolu olarsa, insan özünü şad və sərhal hiss edər. Yumurtanın tərkibində olan proteyin sizə uzun müddət toxluq hissi verəcəkdir.

Ona görə də yeməklərinizdə yumurtadan çox istifadə edin.

Soyuq su balıqları

Nə zaman özünüzü qəmgin hiss etdiniz balığın sorağına gedin. Balığın tərkibində "Omeqa 3" maddəsi vardır. Bu maddə depressiyanı sizdən uzaqlaşdırar.

Əgər balıq yeməyi xoşlamırsınızsa, onda balıq yağlarından istifadə etməyə çalışın. Qoz yemək də çox faydalıdır. Qozun da tərkibində "Omeqa 3" maddəsi vardır.

"Omeqa 3" beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Balığın tərkibində çox sayda proteyin olmasına baxmayaraq, o, az yağlıdır.

Balıq insana uzun müddət toxluq hissi verər. Qandakı şəkərin səviyyəsini sabit saxlayar. Əgər əhvalınızın yaxşı olmasını istəyirsinizsə, həftədə iki-üç dəfə balıq yeyin.

Çuğundur

Əgər davamlı olaraq yorğunluq, hövsələsizlik hiss edirsinizsə, folat çatışmazlığınız vardır. Xoşbəxtlikdən çuğundurun tərkibində folat vardır.

Yaxşı olar ki, çuğunduru bir qədər qaynadasanız, ancaq bu qaynama 40 dəqiqəni keçməməlidir.

Çuğundurun ən sadə istifadə forması onu xam halda salatlarınıza əlavə etməyinizdir.

Qəhvəyi rəngdə olan düyü

Qəhvəyi düyünün tərkibində B1, B3 və B9 vitaminləri vardır. Belə düyü qandakı şəkər səviyyəsinin aşağı düşməsinin qarşısını alar. Əgər depressiya ilə mübarizə aparan qida axtarırsınızsa - qəhvəyi düyünü imtahan edin.

Kələm

Kələm stress, ifunət, qəlb xəstəlikləri ilə mübarizə aparan tərəvəzlərdəndir. Kələmi müxtəlif cür istifadə edə bilərsiniz. Salatlarınızda ondan çiy halda istifadə edə bilərsiniz. Ondan dolma da hazırlaya bilərsiniz. Kələmin suyunu için.

Əgər kələm yeyən zamn mədəniz köpürsə yeməyinizə bir qədər razyana əlavə edin. Kələm qandakı şəkərin səviyyəsini sabit saxlayar. Kələm suyu mədə yarası üçün ən yaxşı dərmandır.

Bu deyilənlərdən başqa banan, əncir, qara şokolad, C vitamini bol olan meyvələr və tərəvəzlər, ispanaq əhvalınızı yaxşılaşdıracaq və qəm-qüssənizi aradan aparacaqdır.





/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930