Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Allah yanında xoşagəlməz əməllər

Allah yanında xoşagəlməz əməllər

Allah yanında xoşagəlməz əməllər

Allah yanında ən mənfur əməlin nə olduğunu Məsumların (ə) dilindən eşidək. “Kafi” kitabında Abdullah ibni Muhəmməd İmam Sadiqdən (ə) nəql edir: “Xəsəm qəbiləsindən olan bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir: “Allah yanında ən mənfur əməl hansıdır?” Həzrət (ə) buyurur: “Allaha şirk etmək”. Soruşdu: “Bəs ondan sonra nədir?” Buyurur: “Qohumluq əlaqəsini kəsmək”. Soruşur: “Bəs ondan sonra?” Buyurur: “Əmr be-mərufu və nəhy-əz-munkəri tərk etmək”.
İmam Səccad (ə) səcdə duasında buyurur: “Allahım! Sənin yanında ən mənfur əməl olan Sənə şərik və ya övlad qərar verməmişəm. Sənə itaətszilik etməmişəm”.

Həzrət Peyğəmbər (s) də bu haqda buyurur: “Allah Təala yanında heç kəs cavan tövbə edəndən sevimli deyildir, heç kim daima günah işlədən qocadan mənfur deyildir. Yaxşılıqların içində heç bir yaxşılıq cümə gecəsi və ya cümə günü görülən yaxşılıqdan sevimli deyildir. Günahlar içində də heç bir günah Allah Təala yanında cümə gecəsi və ya cümə günü görülən günahdan mənfur deyildir”.
Həzrət (s) başqa yerdə buyurur: “Allah Təala yanında heç bir şey paxıllıqdan və pis danışmaqdan (söyüş söyməkdən) mənfur deyildir. Sirkə balı xarab etdiyi kimi, imanı məhv edər”.
İmam Sadiq (ə) müqəddəs əcdadından nəql edir: “Allah Təala yanında ən sevimli təsbih “Subbuhun hədisdir”, ən mənfur söz isə təhrifdir”. Soruşdular: “Ya Rəsulallah! Subbun hədisin mənası nədir?” Həzrət (s) buyurur: “Odur ki, insan dünyanın batili haqqında eşitsin, qəmgin olsun və bu zaman Allahı yada salsın. Təhrif isə odur ki, şəxs desin: “Mən çarəsizəm, əlim çatmır və heç bir şeyim yoxdur””.
İmam Sadiqin (ə) nəzərinə görə ən mənfur insan o kəsdir ki, mədəsi dolu olsun.

(Tebyan/ Deyerler.org)
Müəllif: Admin | 17-04-2014, 01:16
Baxılıb: 738
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.