Quran-Kərimi əzbərlədi və şəfa tapdı
Mьəllif: admin1
Tarix: 17-04-2014, 00:40
Bцlmə: Məqalələr » Maarif
Misirin məşhur komediya aktyorlarından olan və Seyyid Zəyan kimi tanınan Atiyə Süleymani Qurani-Kərimi tam əzbərləyib bitirdikdən sonra şəfa tapıb.

Misir mətbuatının yazdığına görə, doqquz il bundan öncə insult keçirərək iflic olan Seyyid Zəyan evdə "məhbus" olduğundan, bir müddət sonra mübarək Qurani-Kərimi əzbərləməyə başlayır. Qurani-Kərimi tam əzbərlədikdən sonra onun həyatında ilahi möcüzə baş verir. Belə ki, Qurani-Kərimi əzbərlədikdən sonra Allahın lütfü ilə şəfa tapmışdır.

Bu xəbərdən sonra məşhur aktyoru müayinə edən həkimlər bu işin təəccüb doğurucu bir şey olduğunu bildirərək bu hadisənin Allahın möcüzəsi adlandırıblar.

Qurani-Kərimi əzbərlədikdən sonra şəfa tapan Seyyid Zəyan özü isə yenidən səhnəyə qayıdacağını açıqlamış və bildirmişdir ki, amma bundan sonra yalnız dini kinolarda çəkiləcəkdir.
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031