İmam Sadiq (ə) məktəbinin genişliyi
Müəllif: Admin
Tarix: 17-04-2014, 00:08
Bölmə: Məqalələr » Maarif
İmam Sadiq (ə) məktəbinin genişliyi


İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş İslam və şiəçiliyin mövqeyini onlar üçün aşkar edərək İslam dünyagörüşünün onlardan üstün olduğunu sübuta yetirmişdir.
İmam Sadiq əleyhissəlamın əzəmətli elmindən təkcə şiələr deyil eləcə də sünni məzhəbinin nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı bir vasitə ilə o Həzrətin şagirdləri olmuşlar. Bu rəhbərlərin önündə Əbu Hənifə durur. O iki il İmam Sadiq əleyhissəlamın şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi qeyd edərək deyir: “Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”

İmam Sadiq əleyhissəlamın şagirdləri Kufə Bəsrə Vasit Hicaz və digər müxtəlif şəhərlərdən həmçinin, Bəni–Əsəd Məxariq Teyy Süleym Qətəfan Əzd Xüzaə Xəsəm Bəni-Zəbbə Qüreyş xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.

İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”

İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və hədisçilər İmam Sadiq əleyhissəlamdan hədis söyləmişlər. Şafei yazır: “Onun (İmam Sadiq əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”

İmam Sadiq (əleyhissəlam) öz şagirdlərinin hər birini onun istedadına uyğun olan sahədə yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində mütəxəssisə çevrilirdi. Bəzi vaxtlar İmam Sadiq (əleyhissəlam) onunla elmi bəhs və münazirə etmək istəyən şəxslərə bildirirdi ki onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. Hişam ibn Salim deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də gəlmişəm sizinlə elmi bəhs edəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Hansı mövzuda bəhs etmək istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Quranın qiraəti barədə.” İmam Sadiq (əleyhissəlam) üzünü Həmrana tutub buyurdu: “Həmran bu kişinin cavabı sənin öhdənədir.” Şamdan olan kişi dedi: “Mən Həmranla yox məhz Sizinlə bəhs etmək istəyirəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Əgər Həmranı məğlub etsən elə bil ki məni məğlub etmisən.” Şam şəhərindən olan kişi çarəsiz qalıb Həmranla bəhsə başladı. Nə dedisə Həmrandan qəti və qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi.
İmam Sadiq (əleyhissəlam) buyurdu: “Həmranın səviyyəsi necədir?”

Şamlı kişi: “Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!”
Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu.
Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) Zürarəyə buyurdu: “Onunla bəhs et!”
Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi.
Şamdan olan kişi dedi: “İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) Mömin ibn Tağa buyurdu ki onunla bəhs etsin. Çox çəkmədi ki Mömin ibn Taq da onu məğlub etdi.
Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi yaxud bilməməsi tövhid və İmamət barədə bəhs etmək istədikdə İmam Sadiq (əleyhissəlam) ardıcıl olaraq Həmzeyi-Təyyar Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki onunla bəhs etsinlər. Bu üç nəfərin üçü də Şam şəhərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər.
Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən İmam Sadiq əleyhissəlamın dodaqlarına şirin bir təbəssüm qonmuşdu.

Mehdi PIŞVAYI,
“İmam Cəfər Sadiq əleyhissəlamın həyatı” kitabından
Oxşar xəbərlər
«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031