Mal-dövlətin bərəkətini aparan amillər
Mьəllif: admin1
Tarix: 12-06-2020, 09:12
Mal-dövlətin bərəkətini aparan amillər
Bir çoxları bu sualı verir ki, niyə malımızın bərəkəti yoxdur? "Bərəkət” sözünün mənası "çoxlu” deməkdir.

"Bərəkət” həm də "davamlı olmaq” deməkdir. Lakin hər bir çox olan şeyə bərəkət deməzlər. Misal üçün itin həmişə balası çox olar. Deməzlər ki, nə qədər bərəkətli övladları vardır.

Bərəkəti aradan aparan amillər çoxdur: namaz qılmamaq, namazı yüngül hesab etmək, təqvasızlıq, xəyanət və sair.

Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey vardır ki, əgər onlardan biri evə daxil olarsa, xarab olar və bərəkətlə abad olmaz: xəyanət etmək, oğurluq, şərabxorluq, zina”.

Qurani-Kərimdə Allah Təala buyurur: "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. ("Əraf” 96).

İmam Əli (ə) buyurur: "O zaman ki, cinayət zahir olar, bərəkət gedər”.

Dünya elə bir evdir ki, bəlaları çoxdur. Ona görə də insan rahat bir həyatın gələcəyini gözləməməlidir. Dünyanın qocalığı vardır, ölümü vardır.

İmam Əli (ə) buyurur: "İnsanlar, ayıq olun, yeddi böyük müsibət vardır ki, onlardan Allaha pənah aparıram:

1. O alim ki, büdrəyər.

2. O abid ki, ibadətdən yorular.

3. O mömin ki, yolunu azar.

4. Əmin insan ki, xəyanət edər.

5. O zəngin ki, yoxsul olar.

6. İzzətli insan ki, zəlil olar.

7. O yoxsul ki, xəstələnər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930