"Əyyami-Fatimə (s.ə.)" günlərini yaşayırıq
Müəllif: Admin
Tarix: 9-04-2014, 18:27
"Əyyami-Fatimə (s.ə.)" günlərini yaşayırıq


Artıq "Əyyami-Fatimə (s.ə)" günlərini yaşamaqdayıq. "Əyyami-Fatimə (s.ə.)" günləri - Peyğəmbərimizin (s) yadigarı, dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətini əhatə edən günlərdir. Xanımın (s.ə) şəhadəti ilə bağlı müxtəlif rəvayətlər var. Amma alimlər tərəfindən iki rəvayət mötəbər hesab edilir. Birincisi İslam Peyğəmbərinin (s) dünyadan köçməsindən, yəni hicri 10-cu ilin səfər ayının 28-dən 75 gün sonra, yəni 13 Cəmadiul-əvvəl günüdür. Bu günlərə "Fatiməyi-əvvəl" deyilir. İkinci rəvayətə görə isə İslam Peyğəmbərinin (s) dünyadan keçməsindən 95 gün sonra, yəni 3 cəmadius-sani günüdür. Ona görə də alimlər bu iki rəvayət arasındakı 20 günü "Əyyami-Fatimə (s.ə.)" adlandırıblar.

Dünyanın bütün yerlərində Peyğəmbərsevər insanlar İslamda qadının həqiqi rəmzi olan bu müqəddəs Xanımın (s.ə.) məşəqqət dolu həyatını kədərlə yada salır, o Həzrətin (s.ə.) şəhadətinə səbəb olmuş amillərə görə indinin özündə də narahatlıq keçirirlər. Başda Zəmanə Sahibi İmam Zaman (ə.f) ağa olmaqla, hər bir müsəlmana başsağlığı ərz edirik.
Xatırladaq ki, bu il Əyyami- Fatimə (s.ə) günləri 5 -25 aprel tarixinə təsadüf edir.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930