Bu gün Həzrəti Xədiceyi Kubranın (s.ə.) dünyadan köçdüyü gündür
Mьəllif: admin1
Tarix: 1-04-2023, 11:06
Bu gün Həzrəti Xədiceyi Kubranın (s.ə.) dünyadan köçdüyü gündür
Mübarək Ramazan ayının onuncu günü Xədiceyi Kubranın (s.ə.) vəfatı günüdür.

Həzrəti Xədicə (s.ə.) Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. O, İslamı qəbul edən ilk xanım olmaqla yanaşı Allah Rəsuluna (s) ən yaxın inanlardan idi.

Onun bəşər tarixində yeri barədə bunu qeyd etmək kifayətdir ki, o, Xanım Fatimeyi-Zəhranın (s.ə.) anası və 11 imam (ə) nənəsidir. İslam Peyğəmbərinin bütün nəsli Xədicə xanımdandır.

Xanım Xədicə (s.ə.) dünyadan köçərkən Peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. Bütün malını payladı. Göstərdiyi saysız fədakarlıqlara baxmayaraq Allah Peyğəmbərinə (s) buyurdu: “Ya Rəsuləllah (s), məni bağışla ki, sizin haqqınızda səhlənkarlıq etdim”.

Əvəzində Peyğəmbər (s) buyurdu: “Mən səndən heç vaxt əskiklik görməmişəm. Bütün gücünü və çalışqanlığını mənim üçün etmisən, evimdə çoxlu zəhmətlərə dözmüsən, mallarını Allah yolunda bağışlamısan”.

Bu münasibətlə dünya müsəlmanlarına baş sağlığı verərək Ümmət xanımlarına Xanım Xədicə (s.ə.) həyatından bəhrələnməni diləyirik.
"Deyerler.org"
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930