Oğrunu düz yola hidayət edən ayə
Mьəllif: admin1
Tarix: 24-07-2022, 22:22
Oğrunu düz yola hidayət edən ayə
Fəzil adlı bir ərəbin əsl işi oğurluq idi. Ticarət karvanları onun əlindən xilas ola bilmirdilər. Yolu bağlayıb, karvanları soyardı.

Bir gecə evlərin damına çıxdı ki, oğurluq etsin və o zaman insanların bir çoxu yatmışdı. Möminlərdən biri ibadətlə məşğul idi və Quran oxuyurdu. O, həzin bir səslə bu ayəni tilavət edirdi: “İman əhli üçün o vaxt gəlib çatmamışdır ki, qəlbləri Allahı yada salmaq və nazil olmuş Quran üçün yumşalsın və təvazökar olsun”.

Bu ayəni eşidən zaman Fəzilin daxilində bir inqilab baş verdi və elə həmin damdan Allaha belə xitab etdi: “Əgər mənə deyirsənsə, niyə vaxtı çatmışdır”. Damdan yerə düşdü və hərəkət etdi.

Səhərə yaxın elə bir yerə çatdı ki, karvan yükünü yerə tökmüşdü. Karvan rəhbəri qafilə əhlini yavaş-yavaş çağırırdı ki, durun yüklərinizi yükləyin.

Məbada Fəzilin hücumuna məruz qalıb, maldan olasınız. Fəzil ağlar səslə karvan başçısını səslədi və dedi: “Karvan başçısı, qafiləni qorxutma. Qorxuduğunuz o iti keçən gecənin yarısı bağladılar və insanlar onun şərindən xilas oldular”.

O, karvan sahiblərinə oğurladılqlarını qaytardı və ürfan əhlindən oldu. Arif şagirdlər tərbiyə etdi və özündən sonra nurani sözlər yadigar qoyub getdi.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930