Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir
Mьəllif: admin1
Tarix: 4-03-2024, 10:27
Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir
Quran Allahın insana əta etdiyi ən dəyərli nemətlərdəndir. Belə ki, Quran buyurur: “Rəhman (Əzəli elmindən Lövhi-Məhfuza nazil olmuş) Quranı (əvvəlcə yuxarı aləmin məxsus sakinlərinə təlim verdi, oradan Cəbrail vasitəsi ilə Peyğəmbərin qəlbinə nazil etdi və onun dili ilə bəşər cəmiyyətinə) öyrətdi.

(Yaradılmışların ən heyrətamizi, varlığın şah əsəri, ən gözəl vücud, ruhi və cismi baxımdan yaradılış aləminin ən kamil varlığı olan) insanı yaratdı. Ona (ən heyrətamiz nemətlərdən olub insanı digər canlılardan üstün edən və bəşər cəmiyyətinə ilahi vəhyin gəlməsinə səbəb olan) bəyan yolunu öyrətdi (qəlbində olanları dildə sözlər yaratmaqla başqasına çatdırmaq qüdrəti verdi)”. (“Rəhman” 1-4).

İnsan ancaq Allahın təlimi sayəsində kamala çatar. Quran bütün nemətlərin mənbəyi olduğu üçün hər bir nemətə çatmaq vasitəsidir, istər maddi olsun, istərsə də mənəvi.

Həzrət Peyğəmbərin (s) vəzilfərindən biri - insanlara Quran oxumağı öyrətmək və ona əməl etdirmək idi. Bu yolla onun həyat bulağından su götürər və sirab olarlar. Ona görə də Qurandan bəhrələnməyin ilk mərhələsi onu qiraət və tilavət etməkdir. Quranı oxumağın gətirdiyi faydalar:

1. Allahla ünsiyyət qurmaq.

Quran - Allahın biz insanlarla məktubudur. Belə ki, İmam Sadiqin (ə) buyurduğu kimi Allah Özünü kəlamla insanlara nişan vermişdir.

2. Quranın hidayətindən bəhrələnmək.

Quran oxumaq insana mənəvi təkamül və hidayət gətirər. Çünki insan Quran oxuyan zaman Allahın əmrləri və qadağaları ilə tanış olar, çalışar ki, onlara əməl etsin. Qadağan etdiklərindən uzaq olsun.

Həqiqi möminlər Quran oxumağı ən başlıca əməl kimi qəbul edirlər. İmam Sadiqin (ə) nəzərinə görə, Quranı oxumaq - ondan ibrət almaq, əmrlərə boyun əymək və əhkamlarına əməl etməkdir.

3. Quran yaxşı işlər görməyə təşviq edər.

Quran öz xüsusi hidayətini təqva əhlinə şamil etdiyi söyləyir. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2).

Bu pəhrizkarlar gecə oyaq alır, ibadətdə təvazökar və itaətkardılar, çətinliklərdə səbir edərlər, əmanətdardırlar və güzəşt edərlər, İlahi nemətlərə şükür edərlər.

4. Günahı tərk etməyi qərara almaq.

İnsan Quranı tilavət edərək ayələri başa düşməyin ləzzətini dadar. Nə zaman dərk etməkdə çətinliyə düşsə, əzm edərək onu aradan qaldırmağa çalışar.

Quranı dərk etməyə mane olan amillərdən biri də ürəyin paslanması və qəsavət bağlamasıdır. Ona görə də insan Quran oxuyaraq günahdan uzaq olar.

5. Dua qəbul olar.

Quranla daima ünsiyyətdə olmaq özü ilə şərafət gətirər, bu yoldaşlığa görə onun maddi ehtiyacları aradan qalxar. İmam Sadiq (ə) Allahın belə buyurduğunu çatdırır: “Hər kəs Məndən istəmək yerinə Mənim zikrimlə məşğul olar, ona ən ali miqdarı daddıraram”.

6. Nuranilik amili.

Quran oxumaq insanın nurani olmasına səbəb olar. Həzrət Peyğəmbər (s) Əbuzərə belə nəsihət verir: “Quranı tilavət et və Allahı yada salaraq ziyarət et. Çünki Quranı tilavət etmək mələkutda yad olmağına səbəb olar və sənin də yer üzündə nurani olmaq mənbəyindir”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031