Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət

Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət

Həzrət Musaya (ə) edilmiş dörd vəsiyyət


Həzrət Musa (ə) Allah Təala tərəfindən dörd şeyə vəsiyyət edilmişdir ki, bunları biz də bilsək faydalı olar.

1. O zamana qədər ki, Allahın səni bağışladığını bilmirsənsə, insanların eybi ilə işin olmasın. Özünün bağışlanmağın üçün vasitə fikirləş.
2. O zamana qədər ki, xəzinələrimdə olan sərvətin bitdiyini bilmirsənsə, ruzi üçün qüssə yemə. Sənə yazılan sənə çatacaqdır.
3. O zamana qədər ki, Mənim hakimiyyətimin sona çatdığını bilmirsən, heç kimə ümid etmə.
4. Təhlükəli düşmən olan şeytanın ölüm xəbəri sənə çatmayıbsa, onun hiyləsindən amanda olma.

Həzrətə vəhy gəlir: “Məni sev, insanları da Mənim məhəbbətimlə bəzə". Musa cavab verir: "Sən bilirsən ki, Səni hamıdan çox sevirəm. Ancaq bəndələrini məhəbbətə necə dəvət edim?". Vəhy gəlir: "Onlara verdiyim nemətləri yadlarına sal ki, nemətlərin qədrini bilsinlər. Bu yolla Mənə əlaqə göstərərlər”.

(Erfan/ Deyerler.org)
Müəllif: Admin | 13-04-2014, 19:04
Baxılıb: 750
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.