SÖYÜŞ SÖYMƏK
Mьəllif: admin1
Tarix: 5-09-2022, 21:34
SÖYÜŞ SÖYMƏK
Mömini söymək
Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kanarında durmaq kimidir.»

Allahın Peyğəmbəri (s): «Möminə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.»

Söyüş söyməyin qadağan olması

Quran:

«Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.»

Allahın Peyğəmbəri (s): «Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.»

Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.»

İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi.

Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.»

İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.»

İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.»

Peyğəmbərləri və vəsilərini söyən şəxsin cəzası.

Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.»

İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.»

İcazə verilən söyüş

Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin.

Əksinə, belə desin:«Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.»


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031