İmam Zaman ağa (ə.f.) harada yaşayır?
Mьəllif: admin1
Tarix: 17-10-2019, 10:56
İmam Zaman ağa (ə.f.) harada yaşayır?
Deyilənə görə İmam Zaman (ə) hər yerdə yaşayır. Ancaq insanlar onu tanımırlar. Ola bilsin ki, yoldan keçən biri olsun və bizim yanımızdan gəlib getsin.

İmam (ə.f.) cismi varlığa malik olduğuna görə necə ola bilər ki, eyni zamanda hər yerdə olsun? Əgər belədirsə, bəs Həzrət (ə.f.) harada yaşayır?

İmamın (ə.f.) hər yerdə yaşayıb və hər şeydən xəbərdar olması cismi varlığına aid bir məsələ deyildir. Bəlkə bu, İmamın (ə.f.) elmidir ki, insanların halından və aləmdə baş verənlərdən xəbərdar olur. Bu, həmin qeyb elmidir ki, Allah Məsumlara (ə) əta etmişdir.

Əgər İmam (ə.f.) buyurursa ki: “Bizim sizin halınızdan xəbərimiz var və sizin vəziyyətinizin heç bir şeyi bizdən gizli deyildir”, o deməkdir ki, burada onun elmi nəzərdə tutulur.

“Nüdbə” duasında oxuyuruq: “Ey kaş bilərdim ki, harada sükunət etmisən, hansı torpaq və ya səmadasan? Rəzəvi dağındamısan və ya başqa yerdə?”.

Bu duadan göründüyü kimi, İmam (ə.f.) bir yerdə yaşamır. Bəzən insanların işlərinə nəzarət etmək üçün səfər edir. “Nüdbə” duasında adı çəkilən Rəzəvi dağı və Zitəvi məkanı hədislərdə də rast gəlinir.

Belə ki, İmamı (ə.f.) həmin yerlərdə ibadət edən halda görənlər olmuşdur. Ancaq bu yerlərin İmamın (ə.f.) daimi yeri olduğu haqqında möhkəm dəlillər mövcud deyildir.

“Nüdbə” duasının başqa yerində oxuyuruq: “Canım sənə fəda olsun ki, gizlisən, ancaq bizdən kənarda deyilsən. Canım sənə fəda olsun ki, sən kənarlara getmisən, ancaq bizdən kənarda deyilsən”.

Əgər İmamın (ə.f.) o yerlərə getməyi ziyarət məqsədi daşıyırsa, bəs niyə bu ziyarət yeri Məkkə və ya Mədinə olmasın? Axı bu yerlərin müqəddəsliyi daha çoxdur.

İmam (ə.f.) buyurur: “Biz zalımların evindən uzaqda sükunət edirik, Allah hökumətin Qasiqinlərin əlində olduğu müddətdə bunu bizə məsləhət görmüşdür. Ancaq sizin işlərinizdən agahıq. Sizin xəbərlərin hətta bir zərrəsi belə bizdən gizli deyildir”.

Həzrət (ə.f.) başqa yerdə buyurur: “Biz sənin dualarına şahidik, bu zaman dağın başında olan tanınmamış qalada sakin olarıq. Son zamanlar imansız insanlara görə çarəsiz ağacları çox olan yerə gəlmişik. Tezliklə buradan kəndlərdən uzaq olmayan çöllüyə enəcəyik”.

Bu deyilənlərə nəzər salan zaman görmək olur ki, Həzrətin (ə.f.) qaldığı yerin adı çəkilməsə də, müəyyən bir yerdə qalır. Və həmçinin Həzrətin (ə.f.) qaldığı yer zalımlardan uzaqdadır.

Bir çox hədislərdən görmək olur ki, Həzrət (ə.f.) çox zaman səfər edir və vəzifələrini yerinə yetirməklə məşğuldur. Bu mövzunun gizli olması da məntiqlidir.

Nəhayət demək olar ki, Həzrətin (ə.f.) qeyb elmi vardır və o, bu elminə görə Yer kürəsində yaşayan bütün insanların halından xəbərdar olur. Həzrət (ə.f.) daima səfər edir və bir yerdə uzun müddət qalmır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930