Dünya ədalət sorağında, ədalətsə Mehdi (ə) intizarındadır.

» » » Sileyi-rəhmin yolları. Sileyi-rəhmin gətirdiyi nəhəng bərəkətlər

Sileyi-rəhmin yolları. Sileyi-rəhmin gətirdiyi nəhəng bərəkətlər

Sileyi-rəhmin yolları. Sileyi-rəhmin gətirdiyi nəhəng bərəkətlər

İslam dini qohumlar arasındakı rabitənin möhkəmliyinə xüsusi əhəmiyyət verir.
Deyerler.org: İslam dini qohumlar arasındakı rabitənin möhkəmliyinə xüsusi əhəmiyyət verir. “Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun”. (“Nisa” 1).
“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin”. (“Nisa” 36).
Əmirəl-möminin (ə) əziz oğluna belə bir tövsiyə verir: “Qohumlarını əziz tut, çünki onlar sənin uçduğun qanadlarındır. Sənin əslin və kökündür ki, onlara qayıdarsan. Sənin əlindirlər ki, onların vasitəsilə (düşmənə) hücum edərsən (qələbə çalarsan)”.
Hətta əgər qohumun kafirdirsə, rabitəni onunla kəsmə. Çünki küfr qohumluq əlaqəsini kəsməyə səbəb olmaz. Bəlkə bu cür insanlarla sileyi-rəhm etmək - bəyənilmiş işlərdəndir. Belə ki, qohumların hidayətinə səbəb olar.
Bir nəfər İmam Sadiqə (ə) deyir ki, qohumlarımın bəzisi mənimlə eyni əqidədə deyildir. Onlara görə boynumda haqq vardırmı? Həzrət (ə) buyurur: “Bəli, qohumluq haqqını heç bir şey kəsməz. Əgər səninlə eyni əqidədə olsalar onlar üçün iki haqq olar: biri qohumluq və o birisi İslam haqqı”.
Sileyi-rəhmin yolları ibarətdir:
1. Can yardımı.
Bu, sileyi-rəhmin ən üstün mərtəbəsidir ki, qohumlardan birinin canı təhlükədə olar və sən öz canınla onu müdafiə etməyə qalxarsan. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim can və malı ilə sileyi-rəhm edər, Allah Təala ona yüz şəhidin savabını verər”.
2. Maddi yardım.
Əgər qohumlarınızın arasında yoxsul və ehtiyac sahibi olan biri vardırsa, onlara maddi yardım etmək lazımlı və əhəmiyyətlidir. Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, Allah tərəfindən sərvət əldə edər, gərək qohumlarına onun vasitəsilə əl tutsun”.
3. Fikri yardım.
Fikri yardım o zaman edilir ki, qohumlardan biri hidayət olması üçün nəsihətə ehtiyac duyur. Misal üçün qohumlardan biri namaz və oruc əhli deyildir. Əgər onun yanına gedib namazın və orucun əhəmiyyətindən danışmaq və tərk edilməsinə görə onu gözləyən əzablardan söz açmaq təsirli olarsa, insana vacibdir ki, bu işi görsün. Bu, əmr-be-məruf və nəhy-əz-münkərin nümunələrindəndir.
4. Sevgi yardımı.
Bəzən qohumların evinə getmək və halını soruşmaq, telefon etmək və ya məktub yazmaq sevgi bağlarını möhkəmləndirir. Əmirəl-möminin (ə) buyurur: “Qohumlarınızla sielyi-rəhm edin, baxmayaraq ki, (onlara) salam verməklə olsa belə”.
5. Əziyyəti tərk etmək.
Sileyi-rəhmin ən yaxşı formasından biri də qohumlara əziyyət verməməkdir. Belə ki, qeybəti, töhməti, zarafatı tərk etmək, həyatlarına müdaxulə etməmək, eyblərini axtarmamaq kimi. İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhmin ən üstün şeyi odur ki, onlara əziyyət verməkdən özünü saxlayasan”.
Sileyi-rəhmin faydaları:
1. Ömrü uzadar. Sileyi-rəhmin ən böyük faydalarından biri ömrün uzanmasıdır. İmam Rza (ə) bu haqda buyurur: “Əgər insanın ömründən üç il qalmış olsa, ancaq Allah sileyi-rəhmə görə qalan ömrünü 30 ilə çatdırar”. Məsir adlı bir nəfər İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: “Ey Məsir! Güman edirəm ki, qohumlarına yaxşılıq edirsən?”. Dedim: “Bəli, qurban olum. Mən yeniyetmə olan zaman bazarda işləyirdim və iki dirhəm muzd alırdım. Bir dirhəmini bibimə və o birisini isə xalama verirdim”. Bu zaman İmam (ə) buyurdu: “Allaha and olsun ki, indiyə qədər iki dəfə ölümün gəlib çatmışdır. Lakin sileyi-rəhmə görə təxirə düşübdür”.
2. Ruzi artar. Həzrət Səccad (ə) buyurur: “Hər kəs ömrünün uzun və ruzisinin artmasını istəyirsə, gərək sileyi-rəhm etsin”.
3. Gözəl əxlaqa səbəb olar. İmam Sadiq (ə) buyurur: “Qohumlara əl tutmaq əxlaqı gözəl edər”.
4. Bəla dəf olar. İmam Baqir (ə) buyurur: “Qohumlara əl tutmaq əməlləri pak edər və bəlanı uzaq edər”.
5. Hesab asan olar. İmam Sadiq (ə) buyurur: “Qohumlara əl tutmaq Qiyamət günü hesabı asan edər və pis ölümün qarşısını alar”.
6. Şəhərlər abad olar. İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm və qonşularla xoş rəftar etmək şəhərləri abad edər”. (Tebyan)
Müəllif: Admin | 11-06-2014, 16:23
Baxılıb: 1182
    
Hörmətli ziyarətçi, siz sayta qeydsiz istifadəçi kimi daxil olmusunuz. Biz tövsiyə edirik ki, saytda qeydiyyatdan keçin, əgər qeydiyyatdan keçibsiniz isə istifadəçi məlumatlarınızla sayta daxil olun.