Vasvasılıq - ruhi bir xəstəlikdir
Mьəllif: admin1
Tarix: 4-04-2020, 11:27
Vasvasılıq - ruhi bir xəstəlikdir
Vasvasılıq - ruhi bir xəstəlikdir. Əxlaqsızlıq xəstəliyi kimi, onu da müalicə etmək olar. Bu xəstəliyi ciddi qəbul etmək lazımdır.

Əgər müalicə olmazsa, çoxalar və dalana dirənər. Xəstəlik istər az olsun və istərsə də çox - onunla mübarizə aparmaq ilk günlər çətin olar. Lakin sonralar rahat olar.

Vasvasılıq müsəlmanlara aid xəstəlik deyildir. Bir çox insanlar fikir və əməl vasvasılığına düçardır.

Bəzi vəsvəsələrə görə həkimə müraciət etmək lazımdır. İnsan o zaman ki, fikri vəsvəsəliyə düçar olar, narahat olmasın, ona günah yazılmaz.

Həzrət Peyğəmbər (s) narahat olan bir nəfərə buyurmuşdu ki, sənin imanın xalisdir, gərək bu fikirlərə əhəmiyyət verməyəsən, o zamana qədər ki, özü çıxıb gedər. Ona görə də o zaman ki, istəmədiyiniz bir şey zehninizə gəlsə, sizə günah yazılmaz. Lakin Allaha pənah aparın.

İnsanların çoxu ona görə vəsvəsə edir ki, bəzi məsələlərə qarşı cahildirlər.

Həzrət Peyğəmbər (s) buyurur: "Mən rahat bir din üçün məbus olmuşam”.

Bizim həyatımız gərək rahat olsun, şeytanı fikirlər insanı vəsvəsəyə salar. Din və din alimləri üçün İslam həmişə rahat din olmuşdur.

Dünyada hər şey pakdır: yer, göy, hava... 11-12 şey nəcis kimi tanınır. İslamın nəzərinə görə, ancaq bəzi şeylər pak olmalıdır: namaz qıldığın paltar və bədənin, ehram paltarın, məscid və başını qoyduğu möhür.

Əgər divar və ya pərdə nəcisdirsə, eybi yoxdur. Bəziləri elə bilir ki, divar nəcis olan zaman insane Allahdan uzaq olar. Lakin, belə deyildir.

Bir çoxları şəkk edər ki, dəstəmazları pozulub, ya yox. Hədisdə oxuyuruq ki, şeytan insanın fikrinə nüfuz edər və dəstəmazının batil olduğunu söyləyər.

Bu fikirə etina etmək olmaz. İnsan gərək yəqin etsin ki, dəstəmazı pozulmuşdur. Məsələn, yatmışdır. Əgər şəkk etsə ki, yatmışdır, yoxsa yox, dəstəmazı pozulmaz.

Dəstəmaz şəklə batil olmaz. Əgər biz bunu bilsək, halımız yaxşı olar.

Nəcis mövzusunda da əgər and içə bilsək ki, həmin yer nəcisdir, bu zaman yəqinlik əldə edə bilərik. Bir gün Ayətullah Gülpayiqaniyə irad tuturlar ki, sənin əban yağışda islanmışdır, onunla namaz qılırsan? Alim deyir ki, mənim yəqinliyim yoxdur ki, o, nəcis olmuşdur.

Cavanlardan biri alimlərin biri ilə Məkkəyə gedir və dəstəmaz alan zaman bədənində olan ehram açılıb yerə düşür. Həmin cavan narahat olur və şəkk edir. Alim ona deyir ki, şəkkə etmə, pakdır. Lakin cavan inanmır. Həmin alim əynində olan nəm ehramla yerdə oturur və sonra da onunla namaz qılır. Bu zaman cavan onun pak olduğuna inanır.

Biz gərək daha çox qeybət və abırı aparmağa diqqət edək. Dilimizi tuta bilək. Biz təharət mövzusunda yersiz ehtiyatlar edirik. Biz gərək dinə uyğun əməl edək.

İmam Sadiq (ə) nə zaman ayaqyoluna getmək istəsə idi, paltarının üzərinə su səpərdi və deyərdi ki, bayıra çıxan zaman nəmlik hiss etsəm, deyim ki, bu mənim səpdiyim həmin sudur.

Bir nəfər İmam Sadiqə (ə) deyir: "Mən təştin içində paltar yudum və onu asdım. Ancaq sonra gördüm ki, təştin içində ölmüş siçan var idi”.

İmam (ə) buyurur: "Ola bilsin ki, bu siçan paltarı yuyandan sonra ora düşübdür”.

İnsan gərək özü üçün nəcasət icad etməsin, özünə yersiz əziyyətlər verməsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031