Nemətə görə şükür et ki, nazil olan nemətlər artsın
Mьəllif: admin1
Tarix: 5-02-2023, 07:51
Nemətə görə şükür et ki, nazil olan nemətlər artsın
"Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)? O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı. İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi. Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz”. ("İnfitar” 6-9).

Bu ayələrdə insanın İlahi itaətdən boyun qaçırmasına və günaha batmasına işarə edilmişdir. Allahın ona verdiyi bütün zahiri və batini nemətlərə küfr edir və həmin nemətlərin Kimin tərəfindən verildiyinə diqqət etmir. Şübhəsiz ki, Allah bu cür insanlara əzab verəcəkdir.

Allahın bu ayədə məzəmmət etdiyi insanlar - Qiyamət gününü inkar edənlərdir. Hər kim Qiyamət gününü inkar edər, dini, İlahi şəriəti də inkar edər. Bu insanlar Allah Təalanın rübubiyyətinin munkərləridir.

Bu ayə insan qürurunu Allahın Rəbb və Kərəm sifəti ilə əlaqələndirmişdir. Allah buyurur ki, ey insan! Mən sənə bu qədər nemət vermisəm, səninlə Kərimimlə rəftar edirəm, niyə üsyan edirsən? Mənim itaətimdən boyun qaçırdırsan?

Kərim olmaq o deməkdir ki, yəni neməti verir və özü üçün heç bir mənfəət güdmür. Bundan başqa, əta edən zaman qarşı tərəfin pisliklərini görməz və onlara göz yumar. Ona görə də belə Rəbbə üsyan etmək - həddən artıq çirkin və pis əməldir.

Allah bu ayələrdə insanı sual-cavab qəlibində məzəmmət edir. Ona sual verir ki, səni məğrur edən nədir? İnsanın bu sual qarşısında cavabı yoxdur, deyə bilmir ki, Allahım, Sənin kərəmin məni məğrur etmişdir. Allah buyurur ki, əgər Mənim nemətlərinə şükür etsəydin, onu artırardım, küfr etdiyinə görə əzaba düçar olacaqsan.

Ona görə də o kəslər ki, Qiyamət gününü inkar edir, onların əzabdan qaçış yeri yoxdur.

Allah buyurur: "Məğrur olmayın ki, bunun sizə faydası yoxdur”. Aydın olur ki, bu insanların İlahi kərəmə görə məğrur olması İlahi nemətlərə küfrə gətirib çıxartmışdır.

İnsan İlahi kərəmin əhatəsindədir və bu İlahi kərəm bütün insanlara şamil olar. İstər günahkar olsun, istərsə də günahsız. Lakin bu kərəmə o kəslər məğrur olur ki, İlahi nemətlərə küfr edirlər.

Halbuki, Allah bu sualı möminlərə versəydi, onlar Allaha Onun öyrətdiyi kimi cavab verərdilər: "Allahım, Sənin kərəmin səbəb olmuşdur ki, biz məğrur olaq.

Yəni kərəm dənizinə olan tamahkarlığımız sayəsində biz günaha batmışıq və güman etmişik ki, Sənin kərəmin bizi əhatə edəcək və bizi bağışlayacaqsan”.

Allah həqiqətdə bu ayənin vasitəsilə insanı qəflətdən ayıltmaq istəyir və kiminlə müxalifətlik etdiyini bir daha ona xatırladır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031